Saxta fişinq saytları... - Kart məlumatlarını ələ keçirən daha iki nəfər saxlanılıb
KRİMİNAL
Bugün, 19:38
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb.
Mia.az xəbər verir ki, kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər.
Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov "Telegram" platformasında kompüter, noutbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər.
Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər.
Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə etməklə zərərçəkmişlərin hesablarında olan pul vəsaitlərini oğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər. H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, internet üzərindən təqdim olunan endirimli satış və ya sərfəli kredit təklifləri ilə rastlaşan zaman ehtiyatlı olsunlar. Bank kartı məlumatlarını yalnız rəsmi internet səhifələrinə daxil etsinlər, ünvan sətrini diqqətlə yoxlasınlar və kartın CVV, həmçinin SMS təsdiq kodunu heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat vermək tövsiyə olunur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Konfrans Liqası: "Zirə" hesabı qoruya bilmədi (Yenilənir)
Bugün, 21:35 İDMAN
-
Konfrans Liqası: "Neftçi" tur adlaya biləcəkmi? (Yenilənir)
Bugün, 21:19 İDMAN
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyinatı oldu - O, kimdir?
Bugün, 20:51 GÜNDƏM
-
RƏSMİ BAKIDAN FRANSA XİN-in BƏYANATINA ETİRAZ: "...qətiyyətlə rədd edirik"
Bugün, 20:14 SİYASƏT
-
Baş Prokurorluq Ukraynada saxlanılan azərbaycanlı barədə xəbər yaydı
Bugün, 20:02 KRİMİNAL
-
Geyim mədəniyyəti və insan haqqında yaranan ilk təəssürat... - Vahid Tağıyev yazır
Bugün, 19:46 YAZARLAR
-
Saxta fişinq saytları... - Kart məlumatlarını ələ keçirən daha iki nəfər saxlanılıb
Bugün, 19:38 KRİMİNAL
-
Prezident İlham Əliyev Qırğızıstanda - FOTOLAR (Yenilənib)
Bugün, 19:33 GÜNDƏM
-
Deputat CHP-yə geri döndü
Bugün, 19:29 SİYASƏT
-
Şortiklə gəldi, telefonu ilə oynadı... - Senatorun Netanyahu ilə görüşdəki saymazyana davranışı dünya gündəmində + FOTO
Bugün, 18:00 DÜNYA
-
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı - Nazirlik açıqladı
Bugün, 17:45 GÜNDƏM
-
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar - FOTOLAR
Bugün, 17:30 İDMAN
-
Komitə sədri polkovniki idarə rəisi təyin edib
Bugün, 17:21 CƏMİYYƏT
-
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artırıldı
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - Odessa yaxınlığında
Bugün, 16:49 GÜNDƏM
-
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Bugün, 16:37 GÜNDƏM
-
İRAN 6 F-35 QIRICISINI VURUB? - SEPAH açıqlama yaydı, CENTCOM rədd etdi (YENİLƏNİB)
Bugün, 16:29 GÜNDƏM
-
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatı artıb - Son həftədə
Bugün, 16:18 İQTİSADİYYAT
-
Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb
Bugün, 16:11 İQTİSADİYYAT
-
Mətbuatda press-reliz yayımı - Aqrar Kredit və İnkişaf Agentliyi 59 min xərcləyəcək
Bugün, 16:00 İQTİSADİYYAT
-
Azər Qəribin oğluna vəzifə verilib
Bugün, 15:28 İQTİSADİYYAT
-
İsrail Qəzzaya yenidən hücum edib
Bugün, 15:14 DÜNYA
-
“Azərpoçt”u bu heyət idarə edəcək: onlar kimdir? - TƏYİNATLAR + FOTO
Bugün, 15:06 CƏMİYYƏT
-
Agentlik sədri daha bir direktoru yola saldı - Şamxalov getdi, Quliyev gəldi
Bugün, 14:53 CƏMİYYƏT
-
CHP-dən istefa verən İzmirin bələdiyyə sədri AKP-yə keçir? - "Mən bu ölkəyə heç vaxt xəyanət etmərəm"
Bugün, 14:31 DÜNYA
-
Kanadanın keçmiş baş naziri dünyaca məşhur pop ulduzla elə anda "yaxalandı ki..." - FOTO
Bugün, 14:14 ŞOU-BİZNES
-
Avqustun hava proqqnozu açıqlanıb
Bugün, 14:09 CƏMİYYƏT
-
Aparıcı memarı təhdid edir - "Ərimlə sevgilidir"
Bugün, 14:02 ŞOU-BİZNES
-
Pensiyasından imtina etdi: “Bu, biabırçılıqdır”
Bugün, 13:49 MƏDƏNİYYƏT
-
Çin İranla bağlı xəbəri təkzib etdi
Bugün, 13:17 GÜNDƏM
-
Müğənni Sevda Əliqızı: "Onun çörəyini yemişəm"
Bugün, 13:12 ŞOU-BİZNES
-
Qlobal QİÇS böhranına qarşı tarixi görüş - Zülfiyyə Mustafayeva: “Köhnəlmiş mübarizə modellərini dəyişmək vaxtıdır”
Bugün, 13:08 CƏMİYYƏT
-
Nazir xanımıyla festivalda - FOTOLAR
Bugün, 12:54 MƏDƏNİYYƏT