Metroda problem yaranıb, sərnişinlər platformadan çıxarılıb - VİDEO

Metroda problem yaranıb, sərnişinlər platformadan çıxarılıb - VİDEO

GÜNDƏM

Bugün, 12:05

Ötən gecə Bakı metropoliteninin “Azadlıq Prospekti” stansiyasında problem yaşanıb.

Mia.az Oxu.az-a istinadən xəbər verir ki, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

“İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin “Memar Əcəmi” - “Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib”, - deyə B. Məmmədov bildirib.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR