Ermənistanlı güləşçilər Bakıya gəliblər - "Əhval-ruhiyyəmiz çox yaxşıdır"

Ermənistanlı güləşçilər Bakıya gəliblər - \"Əhval-ruhiyyəmiz çox yaxşıdır\"

İDMAN

Bugün, 20:49

Ermənistanlı güləşçilər Bakıda səmimi və yüksək səviyyədə qarşılanıblar.

Mia.az xəbər verir ki, bunu Bakıda təşkil olunan U-17 dünya çempionatında qızıl medal qazanan ermənistanlı güləşçi Yanes Nazaryan (71 kq) deyib.

O, qələbə qazandığı üçün sevindiyini və Bakıda keçirilən mundialın yüksək səviyyədə təşkil oldunduğunu bildirib:

"Əhval-ruhiyyəmiz çox yaxşıdır. Burada bizi olduqca səmimi və yüksək səviyyədə qarşıladılar. Yarış yüksək səviyyədə təşkil olunub və iştirakçılar da kifayət qədər güclü idilər. Qalib gəldiyim üçün sevincliyəm".

Y.Nazaryan təşkilati baxımdan heç bir problemlə üzləşmədiklərini vurğulayıb:

"Bakıda keçirilən dünya çempionatında iştirakımız üçün bütün zəruri şərait yaradılıb. Bizi çox yaxşı qarşıladılar və rahat hazırlıq keçməyimiz, eləcə də yarışda çıxış etməyimiz üçün hər cür imkan yaratdılar".

Qeyd edək ki, Yanes Nazaryan finalda rusiyalı Aslan Dzuevə qalib gələrək qızıl medala sahib çıxıb(report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR