"TƏBİB-in icraçı direktoru kimi arvadına təhsil müəssisəsi açdı, övladına biznes imperiyası qurdu" - "A kişi, bir qurumda 900 milyon yeyinti olar?"

\"TƏBİB-in icraçı direktoru kimi arvadına təhsil müəssisəsi açdı, övladına biznes imperiyası qurdu\" - \"A kişi, bir qurumda 900 milyon yeyinti olar?\"

CƏMİYYƏT

Bugün, 16:29

Azərbaycanda ürək-damar (ölümlərin 54%-i) və xərçəng xəstəlikləri demoqrafik, iqtisadi potensialı təhdid edən strateji problemə çevrilib. Artıq insanların sağlamlığı ciddi təhdid halına gəlib. Bu xəstəliklər hər il minlərlə insanın həyatına son qoyur, insan kapitalına, iqtisadiyyata və demoqrafik vəziyyətə ciddi zərbə vurur. Bu məsələyə yalnız səhiyyə problemi kimi yanaşanlar səhv edirlər.

Nə üçün bu xəstəliklərlə səmərəli mübarizə aparmaq üçün proqramlar qəbul edilmir?
Qarabağ probleminin həllindən sonra bir o qədər də əhəmiyyət vermədiyimiz sahəvi, taktiki problemlər bu gün strateji, ümummilli problemlərə çevrilməkdədir.
Cəmiyyət isə bütünlüklə merkantil və əhəmiyyətsiz məsələlərlə bağlı müzakirələrə cəlb edilib. İnsanların bir qismi evində körpəsinə yemək ala bilmir, amma sosial şəbəkələrdə, çayxanalarda Mannanın, Atropatenanın davasını aparır, Bilgə xaqanın azərbaycanlı olmasının və Vaşinqtonun, Pekinin, Moskvanın qədim türk torpaqları adlandırılmasının davasını qovur. Nərd, domino, arıqlamağa hesablanmış futbol oyunları, kabinetlərdə içki məclisləri...
Xalqın bir hissəsi də Cahandar Bayoğlunun, Nemət Pənahlının sərsəm çıxışları altında kələfin ucunu itirib. Xalq Hərəkatı zamanı hansısa qapalı otağda kimin nə danışdığı xalqın nəyinə lazımdır? Biri deyir sən Rusiyanın adamısan, o biri deyir, yox sən də İranın adamısan, başqa biri deyir ki, yaşasın Amerika, hamınızı tutub içəri basmaq lazımdır.
"Qaynana" filmində Nəsibə xanımın kuklasına oxşayan Faiq Ağayevin yeni görüntüləri üç gün sosial şəbəkələrin manşet movzusu oldu. Ay bala, sizin dərd-səriniz yoxdur?
Cəmiyyətin iş adamlarından və məmurlardan ibarət bir hissəsi isə tekila vura-vura belə məsələlərlə bağlı mırt tutur, pulunu, tenderini qazanır, şirkətlər açır, torpaqlar, villalar alır.
Sən isə nəm divarlı, bir otaqlı kirayə evdə internetə daxil olub bütöv Azərbaycan davası aparırsan. Elə bu an, Azərbaycanın özünə MMC kimi baxan müdirin, yaxud hansısa məmur foto paylaşır, sən də uşaq kimi qaçıb altından təriflər yağdırırsan.
Evinizdəki o uşaqlar yazıq deyil? Nədir onların günahı? Anladıq, sən bədbəxt adamsan, bəs Sürət Hüseynovun adını eşitməyən bu övladlarımızın indi də bizim səhvlərimiz hesabına məhv olmasına necə yol verə bilirsən?
Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru kimi 5 il səhiyyə sistemini çapıb-taladı, o, bu vəzifəyə təyin olunanda cəmi 40-45 yaşı var idi. Arvadına təhsil müəssisəsi açdı, övladına biznes imperiyası qurdu. A kişi, bir qurumda 900 milyon yeyinti olar? Bundan danışın da! Bu adamın övladına elədiyi milyonluq toyun səs-küyündən imkansızlıqdan 40 yaşlı bakirə qızını ərə verə bilməyən bədbəxt vətəndaşın başına daş düşür, ya düşmür? Ölkədə bu boyda kastalaşma olar?
Bilgə xaqanın, Atillanın nəvəsi oldun, ya olmadın, bu nəyi dəyişir ki?

Samir Feyruzov,

Post TV-nin rəhbəri

P.S. Yazı müəllifin Feysbuik-dak hesabında yayımlanıb!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR