Gilay idmandan niyə kənarlaşdırılıb? - "General Elçin Quliyevin məsələdən xəbəri var"
İDMAN
Bugün, 11:55
Atçılıq üzrə peşəkar çapar Gilay Fərzəliyeva bir ildir bütün idman yarışlarından kənarlaşdırılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 17 yaşlı idmançı hazırda heç bir yarışda iştirak edə bilmir.
Gülayın yarışlardan uzaqlaşdırılmasının səbəbi isə atası barəsində başlanmış cinayət işi ilə əlaqələndirilir.
Vüsal Fərzəliyev bir il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. Ona qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb.
Sonradan isə həmin əşyaların oğurluq olduğu üzə çıxıb. Özünü təqsirli hesab etməyən V.Fərzəliyev cinayət məsuliyyətinə cəlb edilib. 8 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb, indi isə məhkəmə araşdırması davam edir.
Gülay uzun illər ərzində atçılıq üzrə peşəkar hazırlıq keçərək müxtəlif fəndlərə yiyələnib. Bir il əvvələ qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Kompleksində hazırlaşaraq müxtəlif yarışlara çıxıb.
.jpg)
“Qafqazinfo” məsələ ilə bağlı Gülay Fərzəliyevanın özü ilə əlaqə saxlayıb. Çapar saytımıza açıqlamasından yarışlarda iştirak edə bilmədiyini təsdiqləyib və bundan çox məyus olduğunu bildirib: “DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin də məsələdən xəbəri var. Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.
Hazırda gənc idmançının əsas istəyi yarışlara qayıtmaq, turnirlərdə bacarıqlarını nümayiş etdirmək və yenidən Azərbaycan bayrağını qaldırmaqdır.
Məsələ ilə əlaqədar Azərbaycan Atçılıq Federasiyasına da sorğu ünvanlamışıq.
Qeyd edək ki, Gülay 4 yaşından at çapır. 9 yaşında olarkən DSX rəisi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev onunla görüşüb, peşəkar məşqlərə cəlb olunması, lazımi avadanlıqla təmin edilməsi və məşq şəraitinin yaradılması barədə tapşırıq verib. O, çoxsaylı yarışlarda iştirak edib, birinci və ikinci yerləri tutub.


Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türk model 13 yaş sevgilisi ilə bir arada - FOTO
Bugün, 14:07 ŞOU-BİZNES
-
"Vəzifədə olduğum müddətdə şəhərimizə belə bir musiqiçilər ayaq basa bilməz"
Bugün, 13:47 MƏDƏNİYYƏT
-
Azərbaycanda sümüksüz mal əti və quzu ətinin qiyməti bahalaşıb - Ekspert rəyi + VİDEO
Bugün, 13:43 İQTİSADİYYAT
-
Yenə iki gün güclü külək olacaq - Xəbərdarlıq
Bugün, 13:34 GÜNDƏM
-
Nərgiz Qurbanova ilə bağlı yeni iddia yayıldı
Bugün, 13:12 SİYASƏT
-
“Azərişıq”da "unikal təyinat"lar davam edir - Vüqar Əhmədov bu dəfə kimlərə etimad göstərib?
Bugün, 13:05 GÜNDƏM
-
Nazir müavinin qardaşını dindarlarla nə bağlayır?
Bugün, 12:41 SİYASƏT
-
Teatr direktoru vəzifədən azad olunub
Bugün, 12:33 MƏDƏNİYYƏT
-
Sevinc Yusifova vəzifədən azad edilib
Bugün, 12:30 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:15 CƏMİYYƏT
-
Antalya Bələdiyyəsinin Gənclər Mərkəzinin müdiri saxlanıldı
Bugün, 12:11 DÜNYA
-
TƏBİB rəhbərindən daha bir -Təyinat
Bugün, 12:05 CƏMİYYƏT
-
Gilay idmandan niyə kənarlaşdırılıb? - "General Elçin Quliyevin məsələdən xəbəri var"
Bugün, 11:55 İDMAN
-
"E-manat”ın dövlətə 386 min manat borcu yığılıb
Bugün, 11:35 İQTİSADİYYAT
-
AAYDA-da daha bir dəyişiklik - Sədr özünə yeni müaşvir götürdü
Bugün, 11:19 GÜNDƏM
-
Space TV-nin süjeti: Sumqayıtda Mədəniyyət parkında tikinti aparılır - Ağacları kim kəsir? + VİDEO
Bugün, 11:07 CƏMİYYƏT
-
İordaniya İranı hədələdi: "Sonadək səbrli olmayacağıq"
Bugün, 10:55 DÜNYA
-
"Telegram"ın qurucusu beynəlxalq axtarışa verildi - Rusiyada haqqında həbs qərarı çıxarıldı
Bugün, 10:44 PRESS
-
DİM: "Magistraturaya qəbulun nəticələri bu gün və ya sabah elan olunacaq"
Bugün, 10:29 GÜNDƏM
-
Pansionat direktoru yüksək vəzifəyə təyin edildi - TƏBİB-in yeni rəhbəri köhnə kadrlarını toplayır
Bugün, 10:23 GÜNDƏM
-
BÖLGƏ YENİDƏN ALOVLANDI: ABŞ və Səudiyyə İraqı, İran isə...
Bugün, 10:09 GÜNDƏM
-
"Trabzonspor" "Beşiktaş"ın hücumçusuna "göz dikib"
Bugün, 10:02 İDMAN
-
Azərbaycan nefti ucuzlaşdı - 4.3 dollar
Bugün, 09:49 İQTİSADİYYAT
-
Ali məktəblərə ixtisas seçimi: nə vaxt başlayır?
Bugün, 09:43 GÜNDƏM
-
Karlo Holsen "Samsunspor"dan ayrıldı
Bugün, 09:43 İDMAN
-
İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb
Bugün, 09:36 SİYASƏT
-
Con Stounz İtaliya klubuna gedir
Bugün, 09:33 İDMAN
-
"Amedspor" daha bir futbolçu ilə anlaşdı
Bugün, 09:12 İDMAN
-
Andreas Skov Olsen "Başakşehir"ə keçib
Bugün, 09:03 İDMAN
-
Liviyanın paytaxtında etirazlar böyüyür: Yük maşınları ilə dövlət qurumlarının qarşısı kəsildi - FOTOLAR
Bugün, 00:09 DÜNYA
-
İtaliya millisində yenidən Mançini dönəmi başladı
Bugün, 00:08 İDMAN
-
"Məni dəyənəklə döysələr belə..." - Bələdiyyə sədrləri CHP-dən istefa verdilər
Bugün, 00:01 SİYASƏT
-
Müavinlər müşavir təyin edildi - "Xalq Bank"da İH üzvlərinin sayı ixtisara salındı
28.07.2026, 23:27 İQTİSADİYYAT
-
Türkiyə ilə İraq arasında beş müqavilə imzalanıb
28.07.2026, 23:10 DÜNYA