Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb

Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb

DÜNYA

Bugün, 13:07

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində qida festivalında qanlı hadisə baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sietl Yanğından Mühafizə İdarəsinin sözçüsü Qreys Nunez açıqlma verib.

Onun sözlərinə görə, Sietldəki Space Needle müşahidə qülləsinin yaxınlığındakı "Sietl Bite" qida festivalında yerli vaxtla təxminən saat 18:00-da baş verən silahlı insidentdə iki nəfər ölüb: "Biri ağır olmaqla isə 5 nəfər yaralanıb. Onlar Harborvie Tibb Mərkəzinə yerləşdiriliblər".

Məlumatda hadisəni törədən  şəsin qaçdığı deyilir: "Şübhəlinin axtarışı davam edir"

Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson isə bildirib ki, şübhəlinin həbsi üçün yerli polisə dəstək olmaq məqsədiylə əraziyə xüsusi əməliyyat qrupları göndərilib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR