Türkiyə parlamentində dəyişiklik - CHP 5-ci yerə endi

Türkiyə parlamentində dəyişiklik - CHP 5-ci yerə endi

SİYASƏT

Bugün, 12:29

Özgür Özəlin Yeni Partiyasına 91 millət vəkilinin keçməsi Türkiyədə ana müxalifət partiyası statusu ilə yanaşı, parlamentdə də sıralamanı dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yeni Partiyaya keçidlərin nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası parlamentdə təmsil olunan 5-ci partiya statusuna enib.

Məlumata görə, bununla yanaş, CHP uzun müddətdir sahib olduğu "əsas müxalifət partiyası" titulunu da Özgür Özəlin yeni partiyasına təhvil verib: “Bu dəyişiklikdən sonra isə CHP-nin millət vəkillərinin sayı 135-dən 44-ə düşüb”.

Beləliklə, bugünki dəyişiklikdən sonra parlamentdə deputat sayı belədir:

AK Partiya - 277

Yeni Partiya - 91

Dem partiya - 56

MHP - 46

CHP - 44

İYİ - 29

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR