"Arzum 9999" ləqəbli tiktoker yenidən həbs oluna bilər? - AÇIQLAMA
KRİMİNAL
Bugün, 18:01
"Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə təqsirləndirilən şəxsin 4 azyaşlı övladının olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib. Qərara əsasən, İ.Hacıyevaya ev dustaqlığı müddətində sosial şəbəkələrdən istifadə qadağan olunub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. Bəs ev dustaqlığında sosial şəbəkələrə qadağa necə tətbiq olunur və bunun icrasına kim nəzarət edir? Təqsirləndirilən şəxs hansı konkret məhdudiyyətlərlə üzləşir? Mia.az xəbər verir ki, mövzu ilə bağlı "Bakupost"a danışan vəkil Vamiq Şükürov bildirib ki, bu məsələlər Cinayət-Prosessual Məcəllənin 163-cü maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiridir və şəxsin cəmiyyətdən tam təcrid olunmadan azadlığına müəyyən məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur: "Məhkəmə tərəfindən tətbiq olunan əsas vəzifələr bunlardır: yaşayış yerini tam və ya günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsi (bilərzik) daşımaq və onu işlək saxlamaq, məhkəmənin göstərdiyi ərazi hüdudlarından kənara çıxmamaq, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək". Onun sözlərinə görə, məhkəmə əlavə məhdudiyyətlər də tətbiq edə bilər: "Bura kütləvi tədbirlər təşkil etməmək və ya onlarda iştirak etməmək, müəyyən yerlərə getməmək, müəyyən şəxslərlə ünsiyyət saxlamamaq, zərurət olarsa, müalicə kursu keçmək kimi tələblər daxildir. Sosial şəbəkələrdən istifadə qadağası ayrıca vəzifə deyil.Qanunvericilikdə 163.3-1.5-ci maddədə açıq siyahı qoyulub - "təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr". Sosial şəbəkə qadağası məhz bu bənddən çıxır. Qismən də 163.3-1.4-dən, yəni müəyyən şəxslərlə ünsiyyət qadağasından. Ona görə də konkret həcmi - nəyin qadağan olunduğu, hansı istisnaların saxlandığı bilavasitə məhkəmə qərarında yazılır. Bu halda görürük ki, telefon əlaqəsi yalnız ailə ilə saxlanılır". V.Şükürov vurğulayıb ki, ev dustaqlığında olan şəxsin qaydalara riayət etməsinə daxili işlər orqanları nəzarət edir: "Vəzifələrə əməl olunmadığına dair əsaslı şübhə yaranarsa, prokurorun qərarı ilə əməkdaş yaşayış yerinə daxil olub yerində yoxlama apara bilər". Vəkil əlavə edib ki, Cinayət-Prosessual Məcəllənin 163.9-cu maddəsinə əsasən, ev dustaqlığının şərtləri pozularsa şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilir: "Şərtləri pozan şəxsin tutulması barədə qərar çıxarılır və məhkəməyə həbs təqdimatı göndərilir. Tutulma 48 saatdan artıq davam edə bilməz. Belə ki, həmin maddəyə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Azercell” süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Bugün, 19:53 İQTİSADİYYAT
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Bugün, 18:35 CƏMİYYƏT
-
"Arzum 9999" ləqəbli tiktoker yenidən həbs oluna bilər? - AÇIQLAMA
Bugün, 18:01 KRİMİNAL
-
Sosial ödənişlərlə bağlı rəsmi açıqlama yayıldı
Bugün, 17:53 İQTİSADİYYAT
-
“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Bugün, 17:30 CƏMİYYƏT
-
Zelenski Baş nazirlə brifinqdə: “Putin müharibənin genişlənməsinə hazırlaşır" – “Rusiya limanlarımıza gəmi buraxmır”
Bugün, 17:20 GÜNDƏM
-
Beyləqanda silahlı insident törədənlərin işi məhkəməyə göndərildi
Bugün, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Yuxun şirin olsun, Vernidub hoca! - "Bayramınızı təbrik etdim, amma indi siz deyirsiniz ki..."
Bugün, 16:44 İDMAN
-
Türkiyə bu dilənçidən danışır: gündüz dilənir, gecə isə… - FOTO
Bugün, 16:32 DÜNYA
-
Rusiya hərbi təyyarəsi Moskvada qəzaya uğrayıb - FOTO
Bugün, 16:26 GÜNDƏM
-
Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilmədi: Qəbul planı ayrılacaq, yoxsa...? - DİM "Bu, bizim səlahiyyətlərimizdə deyil” deyir
Bugün, 16:11 CƏMİYYƏT
-
Mehriban Abasquliyeva və keçmiş şöbə müdirləri apellyasiya şikayəti veriblər
Bugün, 16:06 KRİMİNAL
-
Sabiq icra başçısından iddialara reaksiya: "10 mini olanın atasına lənət" - "Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm"
Bugün, 15:49 SİYASƏT
-
Azərbaycan Premyer Liqası və Kuboku: tam təqvim elan olunub
Bugün, 15:43 İDMAN
-
Məşhur futbolçudan uşaq doğan model ortalıqda qaldı – “Uşaq mənim deyil”
Bugün, 15:36 ŞOU-BİZNES
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
Bugün, 15:17 MƏDƏNİYYƏT
-
DÇ-2026-dan qazanclı çıxan türk klubları - Hansı nə qədər qazandı?
Bugün, 15:13 İDMAN
-
Sahil Babayev "Ezamiyyə Qaydaları"na dəyişiklik edib
Bugün, 15:03 İQTİSADİYYAT
-
Baxçalı: “Kılıçdaroğlu büdcədən ayrılan pulu Özgür Özəllə bölməlidir”
Bugün, 14:55 SİYASƏT
-
Şahin Şıxlinski, oğlu və Səfərov qardaşları haqqında yeni qərar verildi
Bugün, 14:41 SİYASƏT
-
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Bugün, 14:28 SİYASƏT
-
MÜHARİBƏ - Kəbutər Hakverdinin hekayəsi
Bugün, 14:19 PRESS
-
İlhamə Novruzova Naxçıvan TV-dən uzaqlaşdırıldı - Yerinə təyinat oldu
Bugün, 14:09 PRESS
-
ARDNF 6 aylıq hesabat verdi
Bugün, 14:05 İQTİSADİYYAT
-
Qarabağda Daimi Məskunlaşdırma Fondu yaradıldı - Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi
Bugün, 13:25 GÜNDƏM
-
"Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edildi
Bugün, 12:42 GÜNDƏM
-
Tanınmış aktrisa: “Bəyəndiyim biri evə dəvət etsə…”
Bugün, 12:42 ŞOU-BİZNES
-
“20 Yanvar”dakı kafedən idarə edilən saxta MMC-lər... - 42 milyonluq əməliyyat üzrə kimlər saxlanıldı? (TƏFƏRRÜAT)
Bugün, 12:29 İQTİSADİYYAT
-
Türkiyənin ən varlı adamı dəyişdi
Bugün, 12:19 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:12 CƏMİYYƏT
-
“Fənərbağça”nın qolkiperi komandadan ayrıllır
Bugün, 11:53 İDMAN
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 11:50 GÜNDƏM
-
Peşə təhsili müəssisələrində illik təhsil haqları...
Bugün, 11:33 CƏMİYYƏT