Zelenski Baş nazirlə brifinqdə: “Putin müharibənin genişlənməsinə hazırlaşır" – “Rusiya limanlarımıza gəmi buraxmır”

Zelenski Baş nazirlə brifinqdə: “Putin müharibənin genişlənməsinə hazırlaşır\" – “Rusiya limanlarımıza gəmi buraxmır”

GÜNDƏM

Bugün, 17:20

“Rusiyanın hücumları səbəbindən ticarət gəmiləri dünən Qara dəniz limanlarına daxil ola bilmədi. Ruslar “Taxıl dəhlizi”mizi bağlamaq üçün hər şeyi edir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə rəsmi səfərdə olan İrlandiyanın Baş naziri Maykl Martin ilə birgə mətbuat konfransında deyib.

Zelenski qeyd edib ki, Rusiya ordusu Ukrayna limanlarına gələn bütün gəmilərə hücumlar edir.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkov və kürəkəni Cared Kuşnerlə telefonla dünən müzakirə apardığını xatırladan Ukrayna liderinin sözlərinə görə, müharibəyə son qoymaq üçün diplomatik prosesi effektiv hala gətirmək üçün çalışırlar: “ABŞ, Ukrayna və Rusiya arasında əvvəllər keçirilən üçtərəfli danışıqları davam etdirmək üçün intensiv iş aparılmalıdır. Mənim fikrimcə, üçtərəfli görüş keçiriləcək. Əlbəttə ki, bütün bunları payıza qədər etməliyik. Müharibə danışıqlar yolu ilə həll olunmalıdır. Bu, prioritetdir və mən buna diqqət yetirirəm. Siz və mən kiminlə qarşılaşdığımızı başa düşürük. Çünki Rusiyanın həmişə axtardığı alternativ yol müharibə və səfərbərliyin artırılmasıdır. Putin Ukraynaya qarşı yeni hücumlar hazırlayır. Bizim fikrimizcə, Putin əlavə səfərbərliyə hazırlaşır, o, müharibənin genişlənməsinə hazırlaşır".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR