Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilmədi: Qəbul planı ayrılacaq, yoxsa...? - DİM "Bu, bizim səlahiyyətlərimizdə deyil” deyir
CƏMİYYƏT
Bugün, 16:11
Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, qərar akkreditasiya Şurasının növbəti iclasında qəbul olunub. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub. Bakı Qızlar Universitetinin həmin proqramı da "uyğun deyil" nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.
Xatladaq ki, ir müddət əvəl “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na dəyişiklik edilib:
“Qaydalara edilən əlavə və dəyişikliklər akkreditasiya missiyasının məzmununa və fəaliyyətin qiymətləndirilməsinə yeni baxışı ehtiva edir. Sözügedən dəyişikliyə görə, ümumi akkreditasiya göstəricisi 100%-85% (“uyğundur”) və 84%-70% (“əsasən uyğundur”) aralığında olduğu təqdirdə təhsil müəssisəsi növbəti 5 il üzrə akkreditasiyadan keçmiş hesab olunur.
Bu keçid göstəricisi daha öncə qüvvədə olan qaydalardakı qiymətləndirmə şkalasından 6% aşağı olduğu üçün təhsil müəssisələri üçün daha əlçatandır. Təlim və tədrisin təşkilinin təhsil müəssisələrinin əsas missiyası olduğunu nəzərə alaraq, bu istiqamətdə fəaliyyətin minimum 70% üzərində olması da zəruri hesab edilir.
Belə ki, ümumi göstəricisi 69%-55% aralığında olan təhsil müəssisələri “qismən uyğundur” kimi dəyərləndirilir. Təlim və tədris istiqaməti üzrə də fəaliyyətin qənaətbəxş səviyyədə təşkil edilməməsi (70%-65% aralığı) təkrar akkreditasiya zərurətini yaradır”.
Adətən akkreditasiyadan keçməyən ali təhsil müəssisəsinin fəaliyyəti təkrar qiymətləndirilr. Bu müddətdə qəbul dayandırılır və əgər təkrar qiymətəndirmədə də qərar dəyişməzsə, tələbələr başqa universitetlərə köçürülür.
Azərbaycanda illər ərzində lisenziyası ləğv edilən, fəaliyyəti dayandırılan və ya akkreditasiyadan keçməyən əsas universitetlərə Azərbaycan Beynəlxalq Universiteti (ABU), Müstəqil Azərbaycan Universiteti (MAU) daxildir.
Yaranmış vəziyyət sözügedən universitetlə qəbul prosesi ilə bağlı abturiyentlərdə və təhsillə bağlı tələbələrdə narahatlıq yaradıb.
Mia.az-ın mlumatına görə, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzində “Cebheinfo.az”-a bildirilib ki, plan yerlərinin ayrılıb-ayrılmaması məsələsi DİM-in səlahiyyətində deyil:
“Onu Nazirlər Kabineti təsdiq edir. Təsdiq etdikdən sonra DİM-ə göndərirlər. O zaman biz “Abituriyent-4” jurnalında çap ediirk. Bu, bizim səlahiyyətlərimizdə deyil”.
Mövcud vəziyyətlə əlaqədar Bakı Qızlar Universitetinə müraciət etsək də, telefon zənglərinə cavablandıran olmadı. Məsələ ilə bağlı digər qurum, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə isə rəsmi müraciət ünvanlanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Bugün, 18:35 CƏMİYYƏT
-
"Arzum 9999" ləqəbli tiktoker yenidən həbs oluna bilər? - AÇIQLAMA
Bugün, 18:01 KRİMİNAL
-
Sosial ödənişlərlə bağlı rəsmi açıqlama yayıldı
Bugün, 17:53 İQTİSADİYYAT
-
“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Bugün, 17:30 CƏMİYYƏT
-
Zelenski Baş nazirlə brifinqdə: “Putin müharibənin genişlənməsinə hazırlaşır" – “Rusiya limanlarımıza gəmi buraxmır”
Bugün, 17:20 GÜNDƏM
-
Beyləqanda silahlı insident törədənlərin işi məhkəməyə göndərildi
Bugün, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Yuxun şirin olsun, Vernidub hoca! - "Bayramınızı təbrik etdim, amma indi siz deyirsiniz ki..."
Bugün, 16:44 İDMAN
-
Türkiyə bu dilənçidən danışır: gündüz dilənir, gecə isə… - FOTO
Bugün, 16:32 DÜNYA
-
Rusiya hərbi təyyarəsi Moskvada qəzaya uğrayıb - FOTO
Bugün, 16:26 GÜNDƏM
-
Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilmədi: Qəbul planı ayrılacaq, yoxsa...? - DİM "Bu, bizim səlahiyyətlərimizdə deyil” deyir
Bugün, 16:11 CƏMİYYƏT
-
Mehriban Abasquliyeva və keçmiş şöbə müdirləri apellyasiya şikayəti veriblər
Bugün, 16:06 KRİMİNAL
-
Sabiq icra başçısından iddialara reaksiya: "10 mini olanın atasına lənət" - "Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm"
Bugün, 15:49 SİYASƏT
-
Azərbaycan Premyer Liqası və Kuboku: tam təqvim elan olunub
Bugün, 15:43 İDMAN
-
Məşhur futbolçudan uşaq doğan model ortalıqda qaldı – “Uşaq mənim deyil”
Bugün, 15:36 ŞOU-BİZNES
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
Bugün, 15:17 MƏDƏNİYYƏT
-
DÇ-2026-dan qazanclı çıxan türk klubları - Hansı nə qədər qazandı?
Bugün, 15:13 İDMAN
-
Sahil Babayev "Ezamiyyə Qaydaları"na dəyişiklik edib
Bugün, 15:03 İQTİSADİYYAT
-
Baxçalı: “Kılıçdaroğlu büdcədən ayrılan pulu Özgür Özəllə bölməlidir”
Bugün, 14:55 SİYASƏT
-
Şahin Şıxlinski, oğlu və Səfərov qardaşları haqqında yeni qərar verildi
Bugün, 14:41 SİYASƏT
-
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Bugün, 14:28 SİYASƏT
-
MÜHARİBƏ - Kəbutər Hakverdinin hekayəsi
Bugün, 14:19 PRESS
-
İlhamə Novruzova Naxçıvan TV-dən uzaqlaşdırıldı - Yerinə təyinat oldu
Bugün, 14:09 PRESS
-
ARDNF 6 aylıq hesabat verdi
Bugün, 14:05 İQTİSADİYYAT
-
Qarabağda Daimi Məskunlaşdırma Fondu yaradıldı - Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi
Bugün, 13:25 GÜNDƏM
-
"Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edildi
Bugün, 12:42 GÜNDƏM
-
Tanınmış aktrisa: “Bəyəndiyim biri evə dəvət etsə…”
Bugün, 12:42 ŞOU-BİZNES
-
“20 Yanvar”dakı kafedən idarə edilən saxta MMC-lər... - 42 milyonluq əməliyyat üzrə kimlər saxlanıldı? (TƏFƏRRÜAT)
Bugün, 12:29 İQTİSADİYYAT
-
Türkiyənin ən varlı adamı dəyişdi
Bugün, 12:19 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:12 CƏMİYYƏT
-
“Fənərbağça”nın qolkiperi komandadan ayrıllır
Bugün, 11:53 İDMAN
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 11:50 GÜNDƏM
-
Peşə təhsili müəssisələrində illik təhsil haqları...
Bugün, 11:33 CƏMİYYƏT
-
"Azərbaycan Mədəniyyəti – 2040": İşçi qrupunun ilk iclası keçirilib - FOTOLAR
Bugün, 11:21 MƏDƏNİYYƏT