Rəsmi Ankara Husilərin blokada qərarını pisləyib - Bəyanat

Rəsmi Ankara Husilərin blokada qərarını pisləyib - Bəyanat

DÜNYA

Bugün, 18:13

Türkiyə Xarici İşlər Nazirliyi Yəməndəki Husi qruplaşmasının Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etmək qərarını pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Bəyanatda deyilir:  "Husilərin Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etmək təhdidlərini pisləyirik. Səudiyyə Ərəbistanı ilə həmrəyliyimizi bir daha təsdiqləyirik.Qırmızı dəniz və Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyini və naviqasiya azadlığını təhlükəyə atan, dəniz nəqliyyatını və qlobal ticarətinə qarşı təhdidlər dərhal dayandırılmalıdır. Bölgədə mövcud gərginliyi daha da artıra biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırışımızı təkrarlayırıq."

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR