CHP-də böhran: daha bir bələdiyyə sədri seçimini etdi

CHP-də böhran: daha bir bələdiyyə sədri seçimini etdi  

DÜNYA

Bugün, 15:28

CHP-nin parlamentdəki fraksiyasının lideri Özgür Özelin "Yeni partiya qururuq" açıqlaması ilə istefasından sonra partiya funksionerləri onunla partiyanın hazırkı sədri Kamal Kılıçdaroğlu arasında seçim edirlər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əkrəm İmamoğluna yaxınlığı ilə tanınan Üsküdar bələdiyyə sədri Sinem Dedetaş da bu gün mövqeyini açıqlayıb.

O bildirib ki, CHP çətiri altında siyasətlə məşğul olmağa davam edəcək: “Mən də Beylikdüzü, Üsküdar, Kartal, Sarıyer, Beşiktaş və Beyoğlu bələdiyyələrinin sədri kimi CHP-də fəaliyyətimi davam etdirəcəyəm”.

Xatırladaq ki, İstanbulun Beyoğlu bələdiyyə sədri İnan Güney CHP-də qalacağını bəyan edib.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR