DAŞDAN ÇIXAN BƏNÖVŞƏ...

DAŞDAN ÇIXAN BƏNÖVŞƏ...

PRESS

21.07.2026, 13:59

22 iyul peşəkar jurnalistlərin bayramıdır. Düşünürəm ki, daşdan çıxan bənövşə bizim jurnalistikanın rəmzidir: ÇƏTİN, ŞƏRƏFLİ və TƏMİZ...

Deyirlər jurnalistlik dünyada ən qədim və ən dəyərli peşələrdən biridir. Mən əlavə edib deyərdim ki, ən şərəfli və ən zəhmətli peşələrdən biridir. Jurnalist peşəkar, savadlı və vicdanlı olmalı, qanunun və gündəmin nəbzini tutmağı bacarmalı, cəmiyyətin problemlərini və nailiyyətlərini güzgü kimi göstərməlidir. Yeri gəlmişkən, mətbuat sahəsində peşəkarlıq təhsildən, təcrübədən və savaddan əlavə, yazmaq məharəti, öz üzərində işləmək qabiliyyəti kimi şəxsi, ictimai maraqları özəl maraqlardan üstün tutmaq, özünə rəva görmədiyini özgəsinə də rəva görməmək kimi ali dəyərləri özündə ehtiva edir. Hörmətli həmkarlar, qələmdaşlar, bayramınız mübarək olsun! Qəlbiniz sevinclə, süfrəniz bərəkətlə, eviniz səadətlə dolsun. Allah sizi qorusun, uğurlarınız iri, qələminiz iti olsun... Qalib ARİF

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR