"Vaqif Poeziya Günləri Azərbaycanın ən köklü mədəni ənənələrindən biridir"

\"Vaqif Poeziya Günləri Azərbaycanın ən köklü mədəni ənənələrindən biridir\"

MƏDƏNİYYƏT

Bugün, 14:53

"Vaqif Poeziya Günləri Azərbaycanın ən köklü mədəni ənənələrindən biridir".

Mia.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günləri çərçivəsində "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı"nda açılış nitqi zamanı deyib.

Onun sözlərinə görə, Vaqif Poeziya Günlərinin formatı ildən-ilə genişlənir: "Bu il həmin genişlənmələrdən biri də məhz Türk dünyası şairlərinin festivalının təşkili ilə əlaqədardır".

Fərid Cəfərov eyni zamanda uzun müddətli fasilədən sonra Vaqif Poeziya Günlərinin yenidən ənənəvi formatda bərpa edilməsini qeyri-maddi mədəni irsin qorunmasına göstərilən diqqətin nəticəsi olaraq dəyərləndirib: "Builki festivala Türk dünyasından gələn qonaqların və gənc istedadlı şairlərin qatılmasından çox məmnunuq"(report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR