İSTEFALAR, YOXSA YENİ TƏLƏBƏ UYĞUNLAŞMAMAQ... - Naxçıvanda nə baş verir?

İSTEFALAR, YOXSA YENİ TƏLƏBƏ UYĞUNLAŞMAMAQ... - Naxçıvanda nə baş verir? 

SİYASƏT

Bugün, 13:41

Dünəndən yerli mediada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin bir sıra vəzifəlilərinin səlahiyyətli nümayəndə Ceyhun Cəlilova etiraz edərək işdən çıxdıqları ilə bağlı xəbərlər tirajlanır. Mən Naxçıvanda bütün proseslərin ideal olduğunu iddia etmirəm.

Bizi izləyənlər bilir ki, Naxçıvandakı problemləri ən çox ictimailəşdirən media qurumlarından biri də rəhbərlik etdiyim TNS TV-dir. Media orqanları həqiqətə xidmət etməli, obyektiv, qərəzsiz olmalı, yaydıqları məlumatları dəqiqləşdirməlidirlər.

Deməli belə. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyində heç bir işçi səlahiyyətli nümayəndəyə etiraz edərək işdən çıxmayıb.

Bizim əldə etdiyimiz məlumata görə, Səlahiyyətli Nümayəndəliyə birinci kateqoriya dövlət orqanı statusu verildikdən sonra həmin şəxslərə iş təklif olunub. Ancaq bu “şedevr yaradan kadrlar”ın gözü yuxarılardadır. Onlar yüksək vəzifələr tələb edirlər. Guya işlədikləri dövrdə xaruqələr yaradıblar. Hər kəs bilir ki, onların potensialı təklif edilən işlərdən daha yuxarı deyil. Yəni, qabiliyyətlərinə uyğun, hələ bir az da qabiliyyətlərindən daha yüksək vəzifələr təklif olunub. Bunun nəyinə etiraz edəcəklər.

Yazırlar ki, işdən ayrılan şəxslər Naxçıvan Muxtar Respublikasında bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər. Kim? Günay Malikqızı? Qoşqar Kamilli? Pənah Mehdiyev? Fuad Nəcəflinin gətirib Naxçıvana soxuşdurduğu bu şəxslərin muxtar respublikaya ancaq ziyanı olub. Onların yarıtmaz fəaliyyəti nəticəsində Naxçıvanla bağlı qəbul edilən dövlət proqramları böyürü üstə qalıb.
Hələ biri də var, otağının qapısı Samir Seyidəhmədlinin qəbul otağına dəyişdirilən Tükəzban Quliyeva. Bəs onu niyə yola salmayıblar?
Hesab edirik ki, Naxçıvan rəhbərliyi bu sual ətrafında ciddi düşünməlidir. Çünki Tükəzban Quliyeva da müsbət fəaliyyəti ilə fəqrlənmir, o da digərlərinin tayıdır.
Fikrimcə, bu şəxslərin yola salınması Naxçıvana xidmətdir. Ancaq onların yerinə layiqli adamlar təyin edilməlidir.
Bir sözlə, obyektiv olmalı, informasiyanı dəqiqləşdirdikdən sonra yaymalıyıq.
Tural Səfər,
TNS TV-nin rəhhəri
P.S.Yazı müəllifin Feysbuk-dakı hesabında yayımlanıb!
Mia.Az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR