TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur  

TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur  

PRESS

Bugün, 08:48

Türkiyədə Babala TV-nin rəhbəri, məşhur yutuber Oğuzhan Uğur bu gün sübh tezdən saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, dələduzluq, mənimsəmə və digər ittiamlarla həbs edilmiş müğənni Haluk Leventin rəhbəri olduğu Ahbap Dərnəyi ilə bağlı açılmış cinayət işi üzrə istintaqa cəlb olunub.

Məlumata görə, vaxtilə dərnəkdə işləyən Oğuzhan Uğurun evində də axtarış aparılıb: “O, İstanbulun Vətən Polis İdarəsinə aparılıb”.

Xatırladaq ki, Oğuzhan Uğur bir neçə gün əvvəl haqqındakı iddialara cavab olaraq dərnəkdə çalşmadığını və ora yalnız öz vəsaiti ilə yardım etdiyini bildirmişdi.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR