Yuri Tilemans "Mançester Yunayted" ilə rəsmi müqavilə imzaladı

Yuri Tilemans \"Mançester Yunayted\" ilə rəsmi müqavilə imzaladı

İDMAN

Bugün, 12:15

İngiltərə Premyer Liqa komandası "Mançester Yunayted" "Aston Villa"nın belçikalı oyunçusu Yuri Tilemansla müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə klubu 29 yaşlı yarımmüdafiəçinin 2031-ci ilə qədər müqavilə imzaladığını açıqladı.

Verdiyi açıqlamada Tilemans bildirib: "Bu xüsusi klubla müqavilə imzalamaq inanılmaz hissdir. Futbola olan sevgimin və sədaqətimin bəhrəsini görürəm. Futbolda bir çox uğurlar qazanmışam. İndi daha çoxunu istəyirəm. Klubdakı hər kəsin aydın bir ambisiyası var. Önümüzdəki illərdə böyük kuboklar qazanmaq üçün mübarizə aparacağıq."

Tilemans ötən mövsüm "Aston Villa"da 35 rəsmi matçda 2 qol vurub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR