Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi

Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi

KRİMİNAL

Bugün, 17:59

Azərbaycan beynəlxalq axtarışda olan 1979-cu il təvəllüdlü Başımov Dovletgeldi Nursaxedoviçi Türkmənistana təhvil verib.

Mia.az xəbər verir ki, bu barədə  Baş Prokurorluğu məlumat yaıb.

Bildirilib ki, sözügedən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş Dovletgeldi Başımov 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR