Azərbaycan və Slovakiya prezidentləri Ağdamda - FOTOLAR
GÜNDƏM
Bugün, 14:17
Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
Mia.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verib.
Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.
Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub.
Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, o cümlədən inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq.
Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə Baş Qərvənd kəndində alternativ enerjidən istifadə olunacaq.
Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi barədə də məlumat verildi.
Bildirildi ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.
Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.
Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.
Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.
Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoyublar.
Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış olublar.
Diqqətə çatdırılıb ki, ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Özgür Özəl Kılıçdaroğluna meydan oxudu: “Gəl, açıq seçkiyə gedək, uduzsam, siyasətdən gedəcəyəm”
Bugün, 16:05 SİYASƏT
-
Aparıcı mətbuat katibi təyin olundu
Bugün, 15:59 PRESS
-
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib
Bugün, 15:47 İQTİSADİYYAT
-
TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib
Bugün, 15:32 PRESS
-
Əli Əhmədovun həyat yoldaşı direktor təyin olunub
Bugün, 15:24 CƏMİYYƏT
-
Xocavənddə əkin sahələri paylanacaq
Bugün, 15:07 GÜNDƏM
-
Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 14:53 GÜNDƏM
-
ABŞ İranı yenə bombalayır
Bugün, 14:38 GÜNDƏM
-
Nihat Kahveci saxlanıldı və… - Nə baş verib? + AÇIQLAMA
Bugün, 14:28 GÜNDƏM
-
Bəhreyn MN: “İranın çoxsaylı hava hücumlarının qarşısını aldıq”
Bugün, 14:21 DÜNYA
-
Azərbaycan və Slovakiya prezidentləri Ağdamda - FOTOLAR
Bugün, 14:17 GÜNDƏM
-
Müğənninin adı qanunsuz mərc oyunlarında da hallanır
Bugün, 14:05 KRİMİNAL
-
Mühsün Yazçıoğlunun sirli ölümü: 17 il əvvəlki sui-qəsd işinə görə kimlər saxlanılıb?
Bugün, 14:00 SİYASƏT
-
Sahibə Qafarovanın bu ittifaqın prezidenti postuna namizədliyi irəli sürülüb
Bugün, 13:38 SİYASƏT
-
Nazir Haluk Leventlə bağlı iddiaları təsdiqlədi: “Qaçmaq istəyirdi”
Bugün, 13:24 MƏDƏNİYYƏT
-
Ərdoğan Qətərə gedib – Yasa görə
Bugün, 13:18 GÜNDƏM
-
Sabah isti hava olacaq
Bugün, 13:06 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu: "Sədrlikdən gedəndən sonra cangüdən və sürücümün pulunu kəsdilər"
Bugün, 13:03 SİYASƏT
-
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Bugün, 13:01 PRESS
-
Bakı, Sumqayıt və Abşeron üzrə iyul ayının pensiyaları ödənildi
Bugün, 12:46 İQTİSADİYYAT
-
Hikmət Hacıyev D-8-in nümayəndələri ilə müzakirə apardı - FOTOLAR
Bugün, 12:24 SİYASƏT
-
Milli Məclisin növbədənkənar sessiyası başa çatdı - Deputatlar tətilə çıxdılar
Bugün, 12:13 SİYASƏT
-
Deputatlar əmlakla bağlı bəzi qanunlara dəyişiklik etdi
Bugün, 12:07 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada Slovakiya prezidenti ilə geniş tərkibdə görüşüb - Müzakirə (YENİLƏNİB)
Bugün, 11:57 GÜNDƏM
-
İlham Əliyev və Peter Pelleqrini Şuşada - FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
Milli Məclis enerji resursları barədə daha bir qanun qəbul edib - Dəyişiklik
Bugün, 11:45 İQTİSADİYYAT
-
Ölkədə müvəqqəti olma müddətinin uzadılması elektron qaydada aparılacaq - Rüsum alınmayacaq
Bugün, 11:37 GÜNDƏM
-
"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlar dəyişdi - DETALLAR
Bugün, 11:30 GÜNDƏM
-
Kante niyə oynamır? - Baş məşqçi ulduz futbolçu ilə “yola getmir”
Bugün, 11:26 İDMAN
-
İlham Əliyevdən Makrona məktub: "Sizinlə son telefon danışıqlarımız və..."
Bugün, 11:12 GÜNDƏM
-
Media və Yayım Şurasının yaradılır - Deputatlar "hə" dedi
Bugün, 11:12 PRESS
-
"Mən Forumda bloger kimi iştirak etmişəm, tənqid edənlərə demək istəyirəm ki..." - Ehtiram Fərzəlibəyov
Bugün, 11:00 PRESS
-
Şuşada İlham Əliyevlə Slovakiya prezidenti görüşdü, birgə bəyanat verildi - FOTOLAR (CANLI YAYIM, Yenilənib)
Bugün, 10:50 GÜNDƏM
-
Prezidentin köməkçisi Türkiyənin media mənsubları ilə görüşüb - Şuşada
Bugün, 10:29 PRESS