Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - CANLI YAYIM (Yenilənir)
GÜNDƏM
Bugün, 10:01
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumuna qatılıb.
Mia.az xəbər verir ki, tədbir canlı yayımlanır.
Tədbirdə Prezident çıxş edir, sualları cavablandırır.
Tədbir aşağıdakı hesabdan canlı izləyə bilərsiniz:
***
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir:
"Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın. Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük. Bu həmçinin regional sabitliyin mühüm meyarıdır, əməkdaşlığa xidmət edən meyardır".
İlham Əliyev həmçinin bağlantılar üzərində də çalışdıqlarını vurğulayıb:
"Bu həm də təhlükəsizliyin mühüm meyarıdır. Çünki burada, Şuşada beş il öncə mən və Türkiyə prezidenti Şuşa Bəyannaməsinə imza atdıq. Beləliklə, münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Biz nəinki qardaş və dostuq, biz müttəfiqik. Əgər ikimizdən birinə pis hadisə baş verərsə, biz hamımız hərbi potensialımızla qardaşımızın müdafiəsinə qalxacağıq. Bu nadir bir haldır ki, etnik köklər, ümumi mədəniyyət və ümumi ortaq tarix ölkələr üçün bu qədər siyasi baxımından yaxın olmaq platformasını yaradır. Əminəm ki, eyni dil, eyni köklərə malik olan tərəflərin belə bir platformanı yarada bilmədiyi bir çox hallar mövcuddur. Bəzən, demək olar ki, eyni dildə danışan, eyni dinə malik insanlar bir-biri ilə mübarizə aparır. Ona görə də Türkiyə və Azərbaycan nümunəsi örnəkdir və qonşular tərəfindən öyrənilməlidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təlqin edilmədir".
***
"907-ci düzəliş" ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Prezident bildirib ki, Bayden də (eks ABŞ prezidenti -red.) məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden Administrasiyası zamanı çətinliklərlə üzləşib:
"Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi".
***
"Prezident Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır".
Mia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı təəssüflə qeyd edib ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyası və Minsk Qrupu həmsədrlərinin əsas məqsədləri o idi ki, bu münaqişə (Ermənistanla Azərbaycan arasında - red.) dondurulsun:
"Halbuki bu istiqamətdə BMT-nin qətnamələri var idi, amma onların məqsədi bu məsələni dondurmaq idi. Onlar birgə sinxron şəkildə çalışırdılar, Minsk Qrupunun fəaliyyəti münaqişənin həlli deyildi, əksinə, işğalı müddətsiz etmək idi".
İlham Əliyev vurğulayıb ki, Donald Trampın yanaşması fərqli idi, o, sülhsevər və sülhü gətirə biləcək insandır:
"O, dünyanın müxtəlif bölgələrində artıq 8 müharibəni dayandırıb. Bu onun baxışı, təbiəti və siyasətidir. Azərbaycan-Ermənistan məsələsində də onun rolu çox vacib idi, çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. Onlar bizim narahatlıqlarımızı başa düşürdülər, dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir. Çünki bu, Azərbaycanın özünü Naxçıvan bölgəsi ilə birləşdirəcək. Bir sözlə, onlar çox səmərəli şəkildə işlədilər, Ermənistana da izah etdilər ki, bu sülh onlara da lazımdır".
Azərbaycan-ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı Prezident Donald Trampla həm ötən ilin avqustunda Vaşinqtondakı, həm bu ilin yanvarında Davosdakı görüşlərini və Vitse-prezident Cey Di Vensin Azərbaycana səfərini xatırladaraq iki ölkə arasındakı münasibətlərə toxunub:
"Bütün bu meyarlar nümayiş etdirir ki, Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir. Bu cür münasibətə biz heç vaxt nail olmamışdıq. Biz strateji tərəfdaşlıq bəyannaməsinin bütün müddəalarının həyata keçirilməsinə çalışırıq".
Prezident deyib ki, ABŞ Azərbaycana silahların çatdırılması ilə bağlı bütün məhduduyyətləri aradan qaldırıb, eyni addım Birləşmiş Krallıq və Aİ üzvləri tərəfindən tətbiq edilib: "Düşünürəm ki, bu, ikitərəfli münasibətimizin bütün ruhunu əks etdirir və gələcəyə doğru inkişaf potensialımızı göstərir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İcra başçısının birinci müavini vəzifəsindən azad çıxarıldı
Bugün, 11:40 GÜNDƏM
-
ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlərlə bağlı yeni qərar verildi
Bugün, 11:37 İQTİSADİYYAT
-
DİN: "Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın"
Bugün, 11:32 CƏMİYYƏT
-
PARTİYA SƏDRİNİN 17 İL ƏVVƏL ŞÜBHƏLİ ÖLÜMÜ: 25 nəfər saxlanılıb, 2 nəfər qaçıb
Bugün, 11:14 SİYASƏT
-
"Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik olunub
Bugün, 11:13 İQTİSADİYYAT
-
Xəzər dənizində qadın boğulub
Bugün, 11:12 GÜNDƏM
-
Türkiyə və İsrail Suriyada növbəti dəfə üz-üzə - Toqquşma olacaq?
Bugün, 10:58 GÜNDƏM
-
İlham Əliyev: "Azərbaycan və Rusiya münasibətləri normallaşıb"
Bugün, 10:58 GÜNDƏM
-
"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o..." - İlham Əliyev
Bugün, 10:39 GÜNDƏM
-
İlham Əliyevdən ABŞ-İran müharibəsinə şərh: "Bu gün nəyəsə proqnoz vermək çətindir"
Bugün, 10:29 SİYASƏT
-
İran Hörmüz boğazında daha iki yük gəmisini vurub
Bugün, 10:24 DÜNYA
-
Pensiyalar nə vaxt köçürüləcək? - Açıqlama
Bugün, 10:16 İQTİSADİYYAT
-
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb
Bugün, 10:07 CƏMİYYƏT
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - CANLI YAYIM (Yenilənir)
Bugün, 10:01 GÜNDƏM
-
Rəsmi Tehrandan BMT Baş katibinə cavab verildi: “İranı günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir"
Bugün, 09:57 DÜNYA
-
"Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki..." - İLHAM ƏLİYEVDƏN AVROPAYA AÇIQ MESAJ
Bugün, 09:49 SİYASƏT
-
"Borrel vəzifədən getdikdən sonra... - Prezidentdən açıqlamalar
Bugün, 09:42 SİYASƏT
-
İlham Əliyev Şuşada: "Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil"
Bugün, 09:29 GÜNDƏM
-
“Haluk Levent işi” böyüyür - Məşhur vəkil saxlanıldı
Bugün, 09:20 MƏDƏNİYYƏT
-
ABŞ-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR: "Boğazı Tehran idarə etmir, edə bilməz" – Gecə qarşılıqlı hücumlar davam edib
Bugün, 09:04 GÜNDƏM
-
Haluk Levent milyonçunu da aldadıb? – 60 milyon dollarlıq iddia
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
“Fənərbağça”dan getdi, yeni komandasında da qala bilmədi
Bugün, 00:33 İDMAN
-
ABŞ İrana yenə zərbə endirib
Bugün, 00:15 GÜNDƏM
-
DÇ-2026-dan birbaşa Türkiyəyə tətilə gəldi – Bir restorana fantastik məbləğ ödənildi (FOTO)
Bugün, 00:10 İDMAN
-
Ersin Destanoğlu "Əl-Cəzirə" klubuna keçib
Bugün, 00:06 İDMAN
-
Füzulidə minalanmış ərazidə yanğın olub
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Gəncədə qidadan 10 nəfər zəhərlənib - SİYAHI (Yenilənib)
12.07.2026, 19:14 CƏMİYYƏT
-
Türkiyədə məşhur müğənni saxlanılıb
12.07.2026, 18:00 MƏDƏNİYYƏT
-
Bu gün qəbul imtahanları keçirilib - 12 nəfərdə mobil telefon aşkarlanıb (Yenilənib)
12.07.2026, 13:20 GÜNDƏM
-
Hacıqabulda sərnişin avtobusu aşıb - 21 nəfər xəsarət alıb (FOTO)
12.07.2026, 10:21 CƏMİYYƏT
-
ABŞ İranı yenə bombaladı - Tehrandan cavab gecikmədi
12.07.2026, 09:43 GÜNDƏM
-
DÇ-2026: 1/2 finalın iştirakçıları bəlli oldu
12.07.2026, 09:11 İDMAN
-
DÇ-2026: İngiltərə və Argentina 1/2 finalda!
12.07.2026, 08:25 İDMAN