SEPAH Amerika hava bazalarına raket zərbələri endirib  

SEPAH Amerika hava bazalarına raket zərbələri endirib  

GÜNDƏM

Bugün, 00:05

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana hücumlarına cavab olaraq Amerikanın Asiyanın qərbində və İordaniyadakı hərbi bazalarına zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bildirilib ki, Asiyanın qərbindəki ABŞ komandanlıq və idarəetmə mərkəzi ilə yanaşı, İordaniyadakı Azrak hava bazaya 10 ballistik raket fırladılıb.

Bəyanatda raketlərin hədəfə zərəri haqqında məlumat verilməyib.

İordaniya ordusu isə İrandan atılan 8 raketin havada zərərsizləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, axşam saatlarında ABŞ hava qüvvələri Sistan, Bəlucistan və Buşehr bölgələrinə ağır zərbələr endirib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR