Fazil Mustafa spikerin müdafiəsinə qalxdı: "Sahibə Qafarova "Slavyan"dan əvvəl..."
SİYASƏT
Bugün, 15:07
ADP sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahib Qafarovanın "Rusiyanın adamı" olması ittihamına bir çox deputatlar kimi, Fazil Mustafa da reaksiya verib.
Mia.az xəbər verir ki, o, spikerin müdafiəsinə qalxıb.
Bu barədə deputatın Feysbuk-da yazdığı paylaşıı təqdim edirik:
"Siyasi mühitimizdə böhtançı kimliyi ilə tanınan ADP sədri Sərdar Cəlaloğlu ilə dəfələrlə sərt qarşıdurmalarımız olub. Uzun illər öncəyə dayanan normal insani münasibətləri nəzərə alaraq bir çox hallarda atdığı böhtanlara əhəmiyyət verməsəm də, İrançı şəbəkənin ruporlarından birinə çevrildiyi məqamlarda onun görüşlərinə qarşı dəfələrlə sərt açıqlamalarla çıxış etmişəm.
Maraqlıdır ki, şəxsimə qarşı məzhəb faşistlərinin törətdiyi terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesində terrorçular müdafiə üçün əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun şəxsimə atdığı böhtanlara baş vururdular. Bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabımda da ətraflı bəhs etmişəm.
Bu gün isə Milli Məclisinin sədri Sahibə xanım Qafarova haqqında Sərdar Cəlaloğlunun bir ay öncə verdiyi vidio-müsahibədə və bu çıxışın “TikTok” sosial şəbəkəsindəki kəsintisində səsləndirdiyi fikirlər qarşıma çıxanda qətiyyən təəccüblənmədim. Peşəkar böhtançının bu dəfəki hədəfi yalnız ali dövlət vəzifəsində çalışan bir siyasətçi deyil, həm də elm xadimi olan ziyalı bir Azərbaycan xanımı idi. Sərdar Cəlaloğlu bildirirdi ki, Sahibə xanım Qafarovanın sədr seçilməzdən öncə Bakı Slavyan Universitetində prorektor olaraq çalışdığına görə Rusiyanın maraqlarına xidmət etdiyi qənaətindədir. O, həmçinin Slavyan Universitetini Rusiyanın maraqlarını açıq şəkildə müdafiə edən bir mərkəz kimi xarakterizə edib və həmin ali təhsil ocağından olan bir şəxsin Milli Məclisə sədr seçilməsini narahatlıq doğuran məsələ olduğunu vurğulayıb. Burada söhbət sadəcə böhtandan getmir, uzun illər siyasi həyatda olan və az-çox kitab mütailəsi ilə seçilən bir siyasətçinin axtarıb tapdığı bu qədər bəsit, səfeh bir arqumentdən gedir.
Maraqlıdır ki, bu təhsil müəssisəsində çalışmazdan öncə Sahibə xanım Qafarova paytaxtımızda yerləşən Qərb Universitetində prorektor vəzifəsində olub. Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib. Demək ki, bu böhtançının düşüncəsinə görə Bakı Slavyan Universiteti Rusiyanın “arxa bağçası” imiş və orada kim çalışmışsa, oxumuşsa dolayı yolla Rusiyaya xidmət etmişdir.
O halda Azərbaycan Dillər Universiteti hansı statusda olur?
ABŞ imperializminə, yaxud alman ideologiyasına, Fransa mədəniyyətinə xidmət edənlərin məkanımı? Yaxud mənim kimi on minlərlə insanın məzun olduğu Bakı Dövlət Universiteti vaxtilə Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı, bu məntiqsizliyə görə bəlkə bizlər də oraya Kirova, dolayı yolla Sovet Rusiyasına olan gizli rəğbətimizə görə daxil olmuşuq? Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın ha…
Sahibə xanımın özkeçmişi ilə tanış olan hər bir vicdanlı insan təsdiq edər ki, o, dürüst və obyektiv bir ziyalı xanım olmaqla yanaşı, öz ixtisası üzrə ən savadlı alimlərdən biridir. Parlamentə sədr seçiləndən sonra bütün beynəlxalq platformalarda Azərbaycanı yüksək intellektual qabiliyyəti ilə layiqincə təmsil edir. İndi hansısa axmaq çıxıb söyləsə ki, rus dilində bu cür mükəmməl səviyyədə danışırsa, demək Rusiyaya yaxındır, ingilis dilində öz ana dili səviyyəsində çıxış edirsə, görüşlər keçirirsə, beynəlxalq təşkilatların tədbirlərinə sədrlik edirsə o halda ABŞ-a və ya Avropa Birliyinə yaxındır, bu iddiaları ciddi qəbul edənlərin ağlından şübhə etməzsinizmi?
Dəfələrlə bu cür şəxslərin böhtanlarına məruz qalmış və anında alın açıqlığıyla cavablarını vermiş bir siyasətçi kimi burada təəssüfləndiyim bir məqam da var. Tez-tez söyləyirik ki, Azərbaycanda qadınların siyasi həyatda, dövlət vəzifələrində sayı azdır, yaxud da rolları aşağıdır. Ardınca da biriləri utanmadan, çəkinmədən açıq-aşkar böhtan olduğunu bildiyi halda ölkəni layiqincə təmsil edən bir siyasətçi xanıma qarşı bu cür qarayaxmaya baş vurursa, bu hallar bəri başdan xanımlarımızın siyasi aktivliyini, cəsarətini əngəlləyən amilə çevrilir. Kiminsə siyasi platformasını, baxışlarını qəbul etməmək normal bir təzahürdür, ancaq yüzlərlə müəllimin çalışdığı, tələbənin təhsil altığı hansısa bir təhsil ocağını töhmət altında buraxmaq qətiyyən əxlaqlı davranış sayıla bilməz".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müğənni Niyam Salamini aldadıblar
Bugün, 18:19 ŞOU-BİZNES
-
Milyonlar qazanan iki biznesmenin sonu: biri özünü öldürüb, digəri... - TƏFƏRRÜAT
Bugün, 18:00 KRİMİNAL
-
Polisdən “Any Unboxing”ə qarşı əməliyyat: saxlanılanlar var - 2.5 milyonluq zərər var + VİDEO
Bugün, 17:44 GÜNDƏM
-
Tramp Türkiyədən növbəti əmri verdi: “İranı daha sərt vurun, onlar dəlidir!” - “Putin və Zelenski razılaşma istəyirlər”
Bugün, 17:30 GÜNDƏM
-
NATO Liderləri Zirvəsinin yekun bəyannaməsi: 50 milyard dollarlıq əlavə sərmayə və… - DETALLAR
Bugün, 17:20 GÜNDƏM
-
Prezident İlham Əliyev onlara vəzifə verdi - Sərəncam
Bugün, 17:07 GÜNDƏM
-
Prezident "İçərişəhər"lə bağlı fərman imzaladı - Dəyişiklik
Bugün, 17:03 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Daha iki vəkilə töhmət verilib, dörd vəkilə isə xəbərdarlıq olunub
Bugün, 16:57 CƏMİYYƏT
-
“Mənim saxlanılmağım barədə məlumat doğru deyil" - YAP-ın keçmiş funksionerindən iddialara reaksiya
Bugün, 16:35 SİYASƏT
-
QHT rəhbərinə hökm oxundu
Bugün, 16:17 SİYASƏT
-
Balakəndə 43 yaşlı kişini sel aparıb
Bugün, 16:05 CƏMİYYƏT
-
Şuşa Dövlət Qoruğunun səlahiyyətləri artırıldı - FƏRMAN
Bugün, 15:54 MƏDƏNİYYƏT
-
Prezident bir qrup diplomata diplomatik rütbələr verdi - SİYAHI
Bugün, 15:20 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edilib - DİM-dən açıqlama
Bugün, 15:13 MƏDƏNİYYƏT
-
Fazil Mustafa spikerin müdafiəsinə qalxdı: "Sahibə Qafarova "Slavyan"dan əvvəl..."
Bugün, 15:07 SİYASƏT
-
"Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək
Bugün, 14:55 GÜNDƏM
-
Belçika Baş naziri Trampın iradını haqlı saymadı
Bugün, 14:32 DÜNYA
-
Əlahiddə Ümumqoşun Ordu komandanına birinci müavin təyin olunub - O, kimdir?
Bugün, 14:21 GÜNDƏM
-
Baş nazir Ankarada sammitdə elə ittiham irəli sürdü ki… - “Ölkəm Türkiyənin təhdidi altındadır”
Bugün, 14:19 GÜNDƏM
-
Sammit başladı: Ərdoğan NATO Liderlərinin görüşündə mühüm mesajlar verdi - FOTOLAR
Bugün, 14:12 GÜNDƏM
-
Vəkil Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bugün, 14:02 SİYASƏT
-
Zakir Həsənov Quru Qoşunlarında əməliyyat təlimində - VİDEO
Bugün, 13:47 GÜNDƏM
-
İyunun “Ulduz”u çapdan çıxdı
Bugün, 13:11 PRESS
-
İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istəyiblər
Bugün, 13:02 KRİMİNAL
-
Sabirabad sakini 10 kiloqram narkotiklə saxlanılıb
Bugün, 13:02 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:41 GÜNDƏM
-
NATO SAMMİTİNDƏ DAHA BİR GƏRGİNLK: “Məni Trampdan uzaq tut” – Baş nazir Ərdoğandan şəxsən xahiş edib
Bugün, 12:25 GÜNDƏM
-
TRAMP ANKARADA: “İranla danışıqlar bitdi, İspaniya ilə ticarət əlaqəsi belə istəmirəm, NATO-dan isə…"
Bugün, 12:12 GÜNDƏM
-
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Bugün, 12:08 GÜNDƏM
-
"Fənərbağça" yeni hücumçu ilə anlaşdı – İllik 9 milyon avro maaş veriləcək
Bugün, 12:04 İDMAN
-
Azərbaycan və İordaniya XİN başçıları Bakıda görüşüblər
Bugün, 11:56 SİYASƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Hansı məsələlər üzrə qərar qəbul edilib? (FOTOLAR)
Bugün, 11:43 CƏMİYYƏT
-
Yunanıstan Baş naziri Trampın mesajına şərh verməyib
Bugün, 11:38 SİYASƏT