"Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək

\"Bakı Metropoliteni\" QSC-nin iş rejimi dəyişdiriləcək

GÜNDƏM

Bugün, 14:55

Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

Mia.az xəbər verir ki, bu barədə QCS məlumat yayıb.

Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən "Gənclik" stansiyası "Bakı Metropoliteni"nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR