Məşhur hücumçu Türkiyə komandası ilə anlaşdı  

Məşhur hücumçu Türkiyə komandası ilə anlaşdı  

İDMAN

Bugün, 19:47

Türkiyə Super Liqasına bu il yeni yüksələn “Çorum FK” komandası tarixi sürprizə imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi dünyaca məşhur hücumçulardan sayılan və hazırda Fransanın “Marsell” komandasının formasını geyinən 37 yaşlı futbolçu Pyer-Emerik Obameyanqla anlaşıb: “Artıq tərəflər arasında razılıq əldə olunub. Obameyanq İstanbula gəlib.O, tibbi müayinədən sonra “Çorum”la rəsmi müqaviləyə imza atacaq”

Xatırladaq ki, karyerası boyu “Borussiya Dortmund”, “Arsenal”, “Barselona”, “​​​​Çelsi” və “Marsel” kimi nəhəng komandalarda oynayan hücumçu ötən mövsüm “Marsel” formasıyla 41 rəsmi matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yada qalıb.

Fərid Əhmədov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR