Bakı–Tbilisi–Bakı qatarı: vaqonların sayı artırılır
CƏMİYYƏT
Bugün, 12:36
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.
Mia.az ADY-na istinadla xəbər verir ki, iyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq.
Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 % artaraq 282-yə çatdırılacaq.
Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan "Stadler" vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gedişhaqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40,3 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65,2 manat, Yevlaxdan 53,3 manat, Gəncədən 49,3 manat, Ağstafadan isə 45,3 manatdır. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43,4 və 40,3 manat təşkil edir.
Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 manat, Gəncədən isə 58,2 manatdır.
Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.
"Stadler" tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.
Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.
ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rəsmi Moskva: “Ankarada keçirilən NATO Sammitini diqqətlə izləyirik”
Bugün, 13:54 DÜNYA
-
İnternet informasiya ehtiyatlarının sahiblərinin üzərinə yeni öhdəlik qoyulacaq
Bugün, 13:51 PRESS
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Bugün, 13:50 SİYASƏT
-
Gömrük Məcəlləsində dəyişiklik edildi
Bugün, 13:20 İQTİSADİYYAT
-
"Dövlət satınalmaları haqqında" qanun dəyişir
Bugün, 13:04 İQTİSADİYYAT
-
Xəzərdə 16 yaşlı uşaq boğulub
Bugün, 12:57 CƏMİYYƏT
-
Deputatlar müəllimlərin geyimi ilə bağlı yeni qanuna "hə" dedi
Bugün, 12:55 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:44 CƏMİYYƏT
-
Bakı–Tbilisi–Bakı qatarı: vaqonların sayı artırılır
Bugün, 12:36 CƏMİYYƏT
-
"Kraudfandinq haqqında" qanun layihəsi I oxunuşda qəbul olundu - Detallar
Bugün, 12:19 İQTİSADİYYAT
-
Kassada bilet yoxdur, təyyarə isə boş uçur - AZAL-ın Naxçıvan reysindən ŞOK GÖRÜNTÜLƏR
Bugün, 12:13 CƏMİYYƏT
-
AK Partiyadan iki istefa oldu
Bugün, 12:00 SİYASƏT
-
Argentinalı futbolçu: "Misir matçı çox çətin olacaq"
Bugün, 11:48 İDMAN
-
Xocavənd şəhərinə növbəti köç olub
Bugün, 11:35 GÜNDƏM
-
Prezident İlham Əliyev ABŞ Senatının üzvünü qəbul edib - FOTOLAR
Bugün, 11:05 GÜNDƏM
-
Zəngilanda əmək yarmarkası keçiriləcək
Bugün, 10:21 İQTİSADİYYAT
-
Elnarə Şirməmmədova həbs edilib
Bugün, 10:04 KRİMİNAL
-
MÜŞAVİR NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ: o, kimdir? - Sərəncam
Bugün, 09:55 GÜNDƏM
-
REKLAMA ÇOX PUL XƏRCLƏYƏN BANKLAR - Siyahı
Bugün, 09:41 İQTİSADİYYAT
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:29 İQTİSADİYYAT
-
Türkiyədə sərnişin avtobusu aşdı: 41 nəfər xəsarət alıb
Bugün, 09:21 KRİMİNAL
-
Xətai bələdiyyəsinin sədri bıçaqlandı - ŞOK TƏFƏRRÜAT
Bugün, 09:13 KRİMİNAL
-
Kolumbiyada seçkini uduzan president şikayətlənir: “Nəticəni tanımıram, İsrail sayıma müdaxiə edib, Tramp…”
Bugün, 08:51 DÜNYA
-
Baş nazirin həyat yoldaşına Ankaraya səfərə icazə verilməyib
Bugün, 08:36 DÜNYA
-
Trampın hədəsi effekt vermədi - İran gecəyarı iki gəmini vurub
Bugün, 08:36 GÜNDƏM
-
“New York Times”: ABŞ Türkiyəyə F-35-ləri satacaq - Tramp Ərdoğanla görüşdə açıqlayacaq
Bugün, 08:10 GÜNDƏM
-
DÇ-2026: İspaniya son dəqiqədə qol atdı, Belçika darmadağın etdi, Portuqaliya və ABŞ isə vidalaşdı
Bugün, 08:05 İDMAN
-
Trampdan Ukrayna və Rusiyaya mesaj: “Bir ağacın arxasında gizlənirsən və o gəlib səni tapır”
Bugün, 00:15 GÜNDƏM
-
“NATO-dan çıxmaq fikrində deyilik, lakin…” – ABŞ-ın Alyansdakı səfirindən açıqlamalar
Bugün, 00:07 GÜNDƏM
-
Lukakunun transfer qiyməti açıqlandı – Türk klubları arasında rəqəbət böyüyür
Bugün, 00:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
TƏBİB rəhbərindən növbəti - Təyinat (FOTO)
06.07.2026, 22:43 GÜNDƏM
-
Xəzər daha iki can aldı: bir ailənin 4 üzvündən ikisi xilas edildi, ikisi isə...
06.07.2026, 20:36 CƏMİYYƏT
-
TAHİR BUDAQOV YAP İDARƏ HEYƏTİNİ TOPLADI: 5 təşkilat sədri yola salındı, 6 rayon təşkilatına yeni sədr gətirildi
06.07.2026, 19:53 SİYASƏT