Kassada bilet yoxdur, təyyarə isə boş uçur - AZAL-ın Naxçıvan reysindən ŞOK GÖRÜNTÜLƏR

Kassada bilet yoxdur, təyyarə isə boş uçur - AZAL-ın Naxçıvan reysindən ŞOK GÖRÜNTÜLƏR

CƏMİYYƏT

Bugün, 12:13

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Naxçıvan reysində növbəti biabırçı mənzərə yaşanıb.

News365.az-ın əldə etdiyi özəl məlumata və video görüntülərə görə, Bakıdan Naxçıvana uçan 106 yerlik sərnişin təyyarəsində cəmi 36 nəfər uçub. Təyyarənin göyərtəsinin böyük hissəsinin boş qalmasına baxmayaraq, kassalarda günlərlə növbə gözləyən və təcili Naxçıvana getməli olan vətəndaşlara bilet tapılmadığı bildirilib.

Sərnişinlər tərəfindən çəkilən görüntülərdə təyyarədəki boş oturacaqlar aydın şəkildə əks olunub. Vətəndaşlar kassalarda süni bilet qıtlığı yaradıldığını, yüzlərlə insanın bilet növbəsində əziyyət çəkdiyi bir vaxtda təyyarələrin yarıboş reys yerinə yetirməsini kəskin ittham ediblər.

Məsələ ilə bağlı AZAL-a sorğu göndərmişik. Mövzunu açıq saxlayırıq

Sözügedən biabırçı vəziyyəti əks etdirən eksklüziv görüntüləri təqdim edirik:

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR