Trampın hədəsi effekt vermədi - İran gecəyarı iki gəmini vurub

Trampın hədəsi effekt vermədi - İran gecəyarı iki gəmini vurub

GÜNDƏM

Bugün, 08:36

Dünyanın diqqəti bu gün Ankarada başlayacaq NATO Liderlər Zirvəsinə yönəldiyi bir ərəfədə İran bölgədə gərginliyi yüksəldən hücum həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-da yerləşən “Axios” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, İranın Hörmüz boğazında özünün müəyyənləşdirdiyi marşrut xəttindən yan keçməyə çalışan biri neft tankeri, digəri isə ticarət gəmisi olmaqla, iki gəmini raketlə vurub.

İddiaya görə, gəmilərə ciddi ziyan dəyib, lakin ölən və yaralananlar olmayıb.

İran və ABŞ fakta rəsmii münasibət bildirməyiblər.

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) isə faktı təsdiqləyib. Bildirilib ki, hücum Omanın ABŞ-la sınaqdan çıxarmaq istədiyi yeni marşrut dəhlizində gerçəkləşib: “Raket hücumundan sonra tanker və yük gəmisində yanğın olub…”

UKMTO daha sonra ərazidən keçən gəmiləri ehtiyatlı olmağa çağırıb.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR