Amerikalı jurnalist "Ölkənizin harada olduğunu bilmirik” dedi, belə cavab aldı: “Bu, bizim deyil, sizin problemdir”  

Amerikalı jurnalist \"Ölkənizin harada olduğunu bilmirik” dedi, belə cavab aldı: “Bu, bizim deyil, sizin problemdir”  

İDMAN

Bugün, 00:13

Bosniya və Herseqovina yığmasının kapitanı Edin Dzeko ABŞ millisi ilə qarşılama barədə jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 40 yaşlı hücumçu ABŞ-ın favorit olduğunu, lakin turnirə təsadüfən gəlmədiklərini söyləyib.

O bildiirb ki, ABŞŞ komandasının əksər oyunçuları Avropa liqalarında oynayır: "Oyunçuların əksəriyyəti hazırda Avropada, yaxşı komandalarda oynayır. Bu, ABŞ-ın keyfiyyətini göstərir. Həmçinin, Poçettino kimi məşqçiləri var. Amma bizim də keyfiyyətli komandamız var. Biz bura təsadüfən gəlməmişik. Esmir və Kərim kimi əla oyunçularımız var. Düşünürəm ki, bu, Esmir üçün yalnız başlanğıcdır və o, hələ tam potensialını göstərməyib. Ümid edirəm ki, göstərəcək."

Bu cavabdan sonra ABŞ televiziya kanalında işləyən qadın müxbir ona “Bosniya və Herseqovinanın harada yerləşdiyini belə bilmirik, siz qalib gələcəyinizə doğrudan inanırsınız ki?”, - sualını ünvanlayıb.

Bosniyalı hücumçu suala cavabda “Bu, bizim deyil, sizing problemdir. Hə, bir də bizi amerikalı futbolçuların nə düşündüyü maraqlandırır. Əminəm ki, onlar bizi tanıyır, gücümüzü bilirlər…”, - deyə bildirib.

Jurnalist bu cavabdan sonra hücumçudan üzr istəyib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR