İqbal Ağazadənin adıyla jurnalistə kələk gəldilər - 600 manat getdi, DİN məsələni nəzarətə götürdü (FOTO)

İqbal Ağazadənin adıyla jurnalistə kələk gəldilər - 600 manat getdi, DİN məsələni nəzarətə götürdü (FOTO)

CƏMİYYƏT

01.07.2026, 22:48

Laf TV yutub kanalının rəhbəri Ləman Ələşrəfqızına partiya sədrinin adıyla fırıldaq gəliblər.

Mia.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat paylaşıb.

Onun sözlərinə görə, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib: “Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.


Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR