CHP-nin alınmaz qalası çökür – Şəhərin bələdiyyə sədri Ərdoğanın bayrağı altına keçir

CHP-nin alınmaz qalası çökür – Şəhərin bələdiyyə sədri Ərdoğanın bayrağı altına keçir  

SİYASƏT

Bugün, 13:01

Türkiyənin 138 deputat mandatına sahib olan ana müxalifət partiyası CHP-də sədrlik uğurunda başlayan dava geridönülməz həddə çatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gərginlik fonunda partiya sədrliyinə məhkəmə qərarıyla dönən Kamal Kılıçdaroğluna etiraz olaraq bu yaxınlarda CHP-dən istefa verən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuqay haqqında isə sensasiyalı iddia yayılıb.

Jurnalist Mustafa Yavuz TGRT-də efirdə bildirib ki, Cəmil Tuqay Özgür Özəlin aradacağı partiyaya qatılmayacaq: “Cəmil Tuqay hazırda Prezident Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulmaq üçün çox sıx danışıqlar aparır. Bəli, mən bunu fakt kimi bildirirəm. Cəmil Tuqayla danışıqları AKP-nin İzmir şəhər təşkilatının sədri aparır. Cəmil Tuqay müəyyən şərt və vədlərlə iqtidar partiyasına keçməyə hazırlaşır”.

Mustafa Yavuz iddia edib ki, Özgür Özəl ilə Cəmil Tuqay arasındakı münasibətlərin gərgindir: “Hər iki tərəfə yaxın şəxslərlə danışmışam. Özgür Özəllə Cəmil Tuqay arasındakı münasibətlər bir müddətdir gərgindir. Hər iki tərəf demək olar ki, az qala bir-birlərini söyəcək həddədir. Cəmil Tuqay Özgür Özəlin yeni partiyasında olmayacaq”.

Xatırlaadaq ki, Özgür Özəlin İzmirə səfəri zamanı Cəmil Tuqayın onunla görüşməməsi də bu iddiaları qüvvətləndirib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR