Seneqallı hücumçu Türkiyə klubundan xəbərsiz ayrılıb

Seneqallı hücumçu Türkiyə klubundan xəbərsiz ayrılıb  

İDMAN

Bugün, 18:52

Türkiyənin bu mövsüm super liqaya yüksələn “Amedspor” komandasının seneqallı məşhur hücumçusu Mbaye Diagne ölkədən xəbərsiz ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Nahit Eren açıqlama verib.

O bildirib ki, super liqaya çıxmalarında vurduğu qollarla böyük rol oynayan Mbaye təlim-məşq toplanışına da qatılmayıb: “Biz onunla mövcud müqaviləsini təkmilləşdirmək və daha bir illik uzatmaq da istədik. Lakin onun tələbləri yüksək oldu. Onun bizimlə müqavilə hələ də qüvvədədir. Onu təlim düşərgəsində heyətimizdə görmək istəyirdik,  dəvət etdik, amma gəlmədi".

Klub rəhbərliyi onunla bağlı yekun qərar verilmədiyini desə də, Türkiyə mediası hücumçunun “Amedspor” forması geyinməməkdə qəti olduğunu yazır.

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR