Partiya sədri aktyoru hədələdi: “Biz o dili qoparacağıq!"

Partiya sədri aktyoru hədələdi: “Biz o dili qoparacağıq!\"  

SİYASƏT

Bugün, 16:20

"Əgər mənim müqəddəs dəyərlərimi təhqir etsəniz, biz də o dili qoparacağıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ərdoğanın lideri olduğu Cumhur İttifaqının  üzvü olan Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Quranla bağlı işlətdiyi fikirlərə görə haqqında  cinayət işi açılan komediyaçı aktyor Dəniz Göktaşla bağlı suala cavabda deyib.

"Biz onun dilini kəsəcəyik", - deyən BBP sədri bildirib ki, aktyorun sözlərini kəskin tənqid edib: "Bildiyiniz kimi, bu yaxınlarda bir stand-up komediyaçı ortaya çıxdı. O, birdən-birə məşhurlaşdı. Bu, bir layihədirmi? Bu, kortəbii şəkildə baş verdimi? Əlbəttə ki, bütün bunlar açılan istintaq nəticəsində ortaya çıxacaq. Məsələnin bu tərəfi artıq prokurorlarımızın nəzarətindədir. Siyasi tənqidə və ya sosial yumora qarşı deyilik. Siyasi tənqid haqqında bir şey deyirikmi? Sosial yumor haqqında bir şey deyirikmi?”

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR