CHP parçalanmaya doğru – “Əgər “işğal”a son qoyulmasa, millətimizi seçimsiz qoymayacağıq”

CHP parçalanmaya doğru – “Əgər “işğal”a son qoyulmasa, millətimizi  seçimsiz qoymayacağıq”

SİYASƏT

Bugün, 12:18

"Əgər CHP-dəki işğala son qoyulmasa, millətimizi heç vaxt seçimsiz qoymayacağıq. Lazım gələrsə, yeni bir partiya ilə təmiz bir səhifə açacağıq”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu CHP-nin məhkəmə qərarıyla sədrlik vəzifəsindən uzaqlaşdırılan və hazırda partiyanın parlamentdəki deputat fraksiyasına liderilk edən Özgür Özəl deyib.

Onun sözlərinə görə, lazım gələrsə, yeni bir partiya ilə təmiz bir səhifə açacaqlar: “Bu yeni partiya bizim partiyamız olmayacaq. Bu, qadınların, gənclərin, təqaüdçülərin, işçilərin, fermerlərin, sənətkarların, işsizlərin, yoxsulların və bir sözlə, hər kəsin ümid qaynağı olan milyonlarla insanın partiyası olacaq".

Özəl bildirib ki, məhz o və komandası CHP-ni 47 ildən sonra seçkidə lider partiya edib: “Biz AK Partiyanı tarixində ilk dəfə məğlub edən kadrlarıq. Buna görə də hücuma məruz qalırıq. Hakimiyyətə doğru yürüşümüzü dayandırmaq üçün tarixdə görünməmiş bir üsul icad etdilər: sədr seçildiyim qurultayın nəticələrinin mütləq etibarsız sayılması qərarı. Ərdoğan günlərlə partiyamızdakı bu çevrilişlə heç bir əlaqəsi olmadığını izah etməyə çalışdı, amma nəticəsiz qaldı. Hamı bilir ki, bu, CHP-nin daxili məsələsi deyil. Ərdoğan bu prosesin tam ortasındadır. AK Partiya onu məğlub edən kadrlardan qurtulmaq üçün partiyamıza etibarsızlıq iddiası ilə qəyyum (Partiyanın indiki sədri Kılıçdaroğlunu nəzərdə tutur – mia.az) təyin etdi. Biz də indi bunu yaşayırıq. Biz uduzan CHP deyilik, biz qalib gələn CHP-yik. Biz təyin olunmuş CHP deyilik, biz seçilmiş CHP-yik. Küçə-küçə, meydan-meydan ağır əməklə qurduğumuz partiyamızı işğaldan azad etmək üçün sona qədər mübarizə aparacağıq..."

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR