İdrak" liseyində müəllimin güllələnməsi... - Məhkəmə başladı
KRİMİNAL
Bugün, 12:48
Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Şəhla Kamilova də iştirak edib.
O anket məlumatları dəqiqləşdirilən zaman "İdrak" liseyində riyaziyyat müəllimi işlədiyini deyib.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə vəsatət verib. O müvəkkilinin yanında əyləşməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.
Vəkilin növbəti vəsatəti prosesin qapalı olması ilə bağlı olub. O, vəsatəti media nümayəndələrinin verdiyi informasiyalarla əlaqələndirib.
Vəkil bildirib ki, mətbuatda iş barədə məlumat verilir və rəylərdə geniş müzakirə olunur. Müdafiəçi bildirib ki, ailənin bundan başqa iki övladı da var. Bu məlumatlar onlara da təsir edir. Tərəflər vəsatətə etiraz etməyib.
Məhkəmə hazırkı mərhələdə işin qapalı keçirilməsinə zərurət olmadığı qərarına gəlib.
Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib.
Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.
Təqsirləndirilən özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.
Növbəti iclas iyulun 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deniz Akkaya saxlanılıb
Bugün, 14:43 ŞOU-BİZNES
-
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı - SİYAHI
Bugün, 14:29 PRESS
-
Bazar günü qəbul imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
Bugün, 14:26 GÜNDƏM
-
Rövnəq Abdullayevin qızının əri, Zakir Nuriyev və... - Onların illik qazancı açıqlandı
Bugün, 14:18 İQTİSADİYYAT
-
Tanınmış musiqiçi avtomobil qəzasında vəfat edib
Bugün, 14:11 MƏDƏNİYYƏT
-
39 sayta pul ayrıldı - SİYAHI
Bugün, 13:59 PRESS
-
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri vəfat edib
Bugün, 13:49 CƏMİYYƏT
-
Şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olunub - FOTO
Bugün, 13:46 CƏMİYYƏT
-
MEDİA bu qəzetlərə pul ayırdı - SİYAHI
Bugün, 13:21 PRESS
-
Mərkəz rəhbəri və işçiləri məhkəmə zalından azadlığa buraxıldı - Məhkəmə iclası
Bugün, 13:13 KRİMİNAL
-
CHP-nin alınmaz qalası çökür – Şəhərin bələdiyyə sədri Ərdoğanın bayrağı altına keçir
Bugün, 13:01 SİYASƏT
-
NATO-nun baş katibi: "Yuxumu qaçıran əsas ölkə Rusiyadır" - "Daha güclü Avropa daha güclü NATO deməkdir"
Bugün, 12:52 GÜNDƏM
-
İdrak" liseyində müəllimin güllələnməsi... - Məhkəmə başladı
Bugün, 12:48 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:25 CƏMİYYƏT
-
Dənizkənarı Bulvar İdarəsinin sabiq rəisinin məhkəməsi... - Şahidlər ifadə verir
Bugün, 12:19 KRİMİNAL
-
Azərbaycanın Türkiyədəki səfirliyində müşavir təynatı oldu
Bugün, 12:10 GÜNDƏM
-
“BakıKart”ın qiyməti 3 manat oldu
Bugün, 12:07 İQTİSADİYYAT
-
AYNA lisensiyalara 200 min xərcləyəcək
Bugün, 11:55 İQTİSADİYYAT
-
Şahdağa qar yağır - Faktiki hava
Bugün, 11:38 GÜNDƏM
-
UKRAYNA TAKTİKANI DƏYİŞİB - Rusiyanın logistika mərkəzləri sıradan çıxarılır, yeni antidron silahı da işə salındı
Bugün, 11:38 GÜNDƏM
-
Uşaqlar səhnədə möcüzə yaratdı: “Nağılçı” səfirləri heyran qoydu (FOTOLAR)
Bugün, 11:31 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Somali liderini təbrik edib
Bugün, 11:21 GÜNDƏM
-
Hafiz Paşayev Emin Əmrullayevə tələbələrin qarşısında belə dedi: "Hərdən başa düşmürəm nə deyirsiniz” - VİDEO
Bugün, 11:15 CƏMİYYƏT
-
Qanunsuz qumar oyunları təşkil edənlər yenidən hakim qarşısına çıxarılır
Bugün, 11:05 KRİMİNAL
-
İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvlərini topladı: nələr müzakirə olunub?
Bugün, 10:59 CƏMİYYƏT
-
Tovuzda 32 yaşlı kişi öldürülüb
Bugün, 10:45 KRİMİNAL
-
“Beşiktaş” “Arsenal”la anlaşdı - Futbolçu ilə danışıqlar gedir
Bugün, 10:28 İDMAN
-
İsraildə orduya bağlı böhran – Büdcəni artırmaq tələbi nazir tərəfindən rədd olundu
Bugün, 10:23 DÜNYA
-
Yunanıstanda meşə yanğın: iki nəfərin meyiti tapılıb
Bugün, 10:18 DÜNYA
-
Leyla Əliyeva Anar Ələkbərovla birgə Şəkidə - FOTOLAR (YENİLƏNİB)
Bugün, 10:01 GÜNDƏM
-
Oxu.az xəbər saytının 13 yaşı tamam olur
Bugün, 09:58 PRESS
-
Azərbaycan nefti qiyməti cüzi ucuzlaşdı
Bugün, 09:52 İQTİSADİYYAT
-
İsrail ordusu Livanın cənubunda geri çəkilməyi dayandırıb
Bugün, 09:28 DÜNYA
-
Azərbaycanda qadın və kişilər arasında pensiya yaşı bərabərləşdi
Bugün, 09:12 İQTİSADİYYAT