Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
SİYASƏT
Bugün, 15:51
Bəzi Qərb ölkələrində ermənipərəst təşkilatlar tərəfindən müharibə cinayətkarı Ruben Vardanyan da daxil olmaqla, Azərbaycanda məhkum edilmiş bir sıra müharibə cinayətkarlarının "qurban" kimi qələmə verilməsi ilə bağlı aparılan kampaniyalara qarşı Azərbaycanın ictimaiyyət nümayəndələri sərt mövqe nümayiş etdirib.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan QHT-lərinin, şəhid ailələrinin, itkin düşmüş şəxslərin yaxınlarının, mina terroru qurbanlarının, keçmiş məcburi köçkünlərin yaydıqları Açıq Məktubda Ruben Vardanyanın və digərlərinin törətdikləri ağır cinayətlərə, separatizmi və terrorizmi maliyyələşdirməsinə görə məhkum edildikləri bildirilib.
Qeyd olunub ki, onların adı ilə süni şəkildə qurulan kampaniyalar bu cinayətlərin real qurbanlarının – onilliklər boyu münaqişə, işğal, etnik təmizləmə, terror və mina təhlükəsindən birbaşa zərər çəkmiş minlərlə azərbaycanlının haqlı səsini boğmaq və kölgədə qoymaq məqsədi daşıyır.
Sənəddə vurğulanır ki, Azərbaycan vətəndaş cəmiyyəti uzun illərdir beynəlxalq strukturlara müraciətlər ünvanlayaraq müharibə cinayətləri qurbanlarının hüquqlarının müdafiəsini, tarixi ədalətin bərqərar olunmasını və beynəlxalq məsuliyyət prinsiplərinin qorunmasını tələb edir.
Bu kontekstdə ABŞ Prezidenti Donald Trampa ünvanlanmış Açıq Məktub (https://en.apa.az/foreign-policy/azerbaijani-ngos-address-open-letter-to-us-president-donald-trump-487462), ABŞ Konqresində irəli sürülmüş birtərəfli təşəbbüslərlə bağlı kəskin etiraz müraciətləri (https://azertag.az/en/xeber/4264859), həmçinin Lemkin İnstitutu (https://report.az/en/foreign-politics/azerbaijani-ngos-call-on-us-based-lemkin-institute-to-apologize), Böyük Britaniya parlamentinin üzvləri (https://www.azernews.az/nation/254843.html) və digər beynəlxalq təsisatlara göndərilən bəyanatlar xatırladılır. Müraciət müəllifləri xüsusi olaraq bəyan edirlər ki, Azərbaycanın öz suveren ərazilərində törədilmiş ağır cinayətləri araşdırmaq, qanunun aliliyini təmin etmək və təqsirkar şəxsləri məhkəmə qarşısına çıxarmaq hüququ və öhdəliyi həm daxili qanunvericilikdən, həm də fundamental beynəlxalq hüquq normalarından irəli gəlir və bu suveren hüquqa kənar müdaxilə yolverilməzdir.
Sənəddə onilliklər ərzində itkin düşmüş şəxslərin ailələrinin beynəlxalq birliyə etdiyi çoxsaylı çağırışların cavabsız qaldığı, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin bu gün də naməlum saxlanıldığı və 3400-dən çox mina qurbanının humanitar faciəsinin qlobal kampaniyalarda qərəzli şəkildə diqqətdən kənarda saxlanıldığı faktlarla ifşa olunur. Xüsusilə itkin düşmüş oğlu ilə bağlı xəbər belə ala bilmədən, ömür boyu dərin daxili əzablar içində yaşayaraq ötən il vəfat edən Elmira Dadaşovanın acı taleyi beynəlxalq ictimaiyyətin nümayiş etdirdiyi ikili standartlardan və vurulmuş mənəvi zərər nümunələrindən biri kimi göstərilir.
Məktubda bildirilir ki, 2025-ci ilin avqustunda Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması regionda fundamental və yeni inkişaf mərhələsinin əsasını qoyub. Bununla yanaşı, qətiyyətlə vurğulanır ki, Cənubi Qafqazda davamlı sülh yalnız keçmişdə törədilmiş ağır müharibə cinayətlərinə dürüst hüquqi qiymət verilməsi, cinayətkarların qanun qarşısında məsuliyyətə cəlb edilməsi və qurbanların tapdanmış hüquqlarının tam bərpası əsasında mümkündür.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türk aktrisa çimərlikdə belə pozalar verdi: “Bu, reklam deyil” – FOTOLAR
Bugün, 18:10 ŞOU-BİZNES
-
"SOCAR prezidentinin qohumuyam" deyib qanunsuz torpaq satmaq istədi, lakin...
Bugün, 17:55 KRİMİNAL
-
"İmişli” klubu baş məqşçi və köməkçiləri ilə vidalaşdı
Bugün, 17:41 İDMAN
-
Nərimanovda bu obyektlər sökülür - FOTOLAR
Bugün, 17:28 CƏMİYYƏT
-
Zelenski Rusiyanın son hücumu haqda: 8 nəfər ölüb, 35 nəfər yaralanıb
Bugün, 17:20 DÜNYA
-
Almaniyada silahlı atışma: 5 nəfər öldürülüb, 2 nəfər saxlanılıb
Bugün, 17:09 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ərdoğanı təhqir edən erməni bloger təslim oldu (YENİLƏNİB)
Bugün, 16:54 PRESS
-
Səadət Yusifova: "Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır"
Bugün, 16:43 MƏDƏNİYYƏT
-
Məktəblərdə mobil telefonlardan istifadə qadağan olundu - Nazir əmr imzaladı + YENİ QAYDALAR
Bugün, 16:31 GÜNDƏM
-
Sabahdan bəzi rayonlarda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 16:30 GÜNDƏM
-
“Azəriqaz”ın qadın əməkdaşı həbs edildi
Bugün, 16:27 KRİMİNAL
-
Səbinə Mehdiyeva Bakı Musiqi Kollecinin direktoru təyin edilib
Bugün, 16:17 CƏMİYYƏT
-
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı: Aqil Ələsgər İdarə Heyətinə seçildi - FOTOLAR
Bugün, 16:17 PRESS
-
Türk sənətçi efirdə uşağını əmizdirdi: “Bir saat belə onu tək qoymaram”
Bugün, 16:06 ŞOU-BİZNES
-
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Bugün, 15:51 SİYASƏT
-
Bu şəxslər təltif olundu - SİYAHI
Bugün, 15:38 GÜNDƏM
-
Aktyor Deniz Göktaşa cinayət işi açıldı
Bugün, 15:30 MƏDƏNİYYƏT
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırıldı - Dəyişiklik təsdiqləndi
Bugün, 15:21 GÜNDƏM
-
Xüsusi icra məmurları vergi yoxlamalarına cəlb olunacaq - Mikayıl Cabbarov qərar imzalayıb
Bugün, 15:15 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir ölkəylə vizanı ləğv etdi
Bugün, 15:00 GÜNDƏM
-
"Kristal"ın binalarında “kupça” üçün 500 manat alınır
Bugün, 14:55 CƏMİYYƏT
-
Baklkıda blogerlər restoranda saçyolduya çıxdılar - VİDEO
Bugün, 14:44 PRESS
-
Baş prokuror Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşdü - Müzakirə + FOTOLAR
Bugün, 14:41 SİYASƏT
-
Bakıda daha bir nəfər dənizdə batıb
Bugün, 14:22 CƏMİYYƏT
-
DÇ-2026-da inanılmaz olay: “Nazirəm” deyib gizlicə stadiona girdilər və… - FOTOLAR
Bugün, 14:05 İDMAN
-
Bu gün geomaqnit qasırğası gözlənilir
Bugün, 13:49 GÜNDƏM
-
Nazir Pərviz Şahbazova ağır itki üz verib
Bugün, 13:22 CƏMİYYƏT
-
Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişdi - Ekspert yüksək vəzifəyə gətirildi
Bugün, 13:17 CƏMİYYƏT
-
Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb - ÇIXIŞ + FOTOLAR (YENLƏNİB)/
Bugün, 13:02 GÜNDƏM
-
Ərdoğan Bakıya məktub göndərdi: "Azərbaycan bu gün də türk dövlətlərinin…”
Bugün, 12:42 SİYASƏT
-
Xəstəxana: "Nəriman Həsənzadənin vəziyyəti ağırdır"
Bugün, 12:37 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı - Açıqlama + VİDEO
Bugün, 12:24 CƏMİYYƏT