Netanyahu Ərdoğanda ABŞ-a şikayət edəcəyini dedi: “Bunu amerikalı dostlarımızın diqqətinə çatdıracağıq”

Netanyahu Ərdoğanda ABŞ-a şikayət edəcəyini dedi: “Bunu amerikalı dostlarımızın diqqətinə çatdıracağıq”  

GÜNDƏM

Bugün, 09:04

İsrail Baş naziri Benyamin Netanyahu tezz-tez onu sərt sözlərlə hədəf alan Türkiyə prezident Ərdoğanla bağlı diqqətçəkən açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın onun və ölkəsinin haqqındakı açıqlamalarından qorxduqlarını etiraf edən Netanyahunn sözlərinə görə, bu barədə ABŞ-lı dostalrına şikayət edəcək:

"Ərdoğan hər gün İsrailin cəzalandırılmasına çağırış edir. Bu sözləri çox ciddi qəbul edirik, çünki xalqımızın tarixindən öyrəndiyimiz bir şey var: əgər kimsə sizi məhv etmək niyyətində olduğunu deyirsə, siz onları ciddi qəbul etməlisiniz!

Biz Ərdoğanın açıqlamalarını ciddi qəbul edirik. Bunu amerikalı dostlarımızın diqqətinə çatdıracağıq. Biz bu təhdidi görməzdən gəlmirik...".

Xatırladaq ki, Ərdoğan Sakaryanın Sapanca rayonunda keçirilən AK Partiyanın 33-cü genişləndirilmiş toplantısında da Qəzzada baş verən qırğına görə İsrail və Netanyahunun məsuliyyətə cəlb olunacağı yolunda səylərini davam etdirəcəklərini təkrarlayıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR