Baş prokuror Xətaidə vətəndaşları qəbul edəcək

Baş prokuror Xətaidə vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

Bugün, 11:39

Baş prokuror Kamran Əliyev iyulun 3-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayon sakinlərinin qəbulunu keçirəcək.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR