Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında - FOTOLAR
MƏDƏNİYYƏT
Bugün, 10:26
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib.
Mia.az xəbər verir ki, IDEA İctimai Birliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi və "ThinkIn" təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.
Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.
Leyla Əliyeva və Alona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir. Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib.
Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar.
Daha sonra festival çərçivəsində keçirilən "Xeyirxahlıq Marafonu"nun qaliblərinin mükafatlandırma mərasimi olub. Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər "Ən səmimi təşəkkür", "Xeyirxah əməllər mükafatı", "Ən yaxşı ekoloji təşəbbüs" və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib.
Yüksək əhval-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub.
Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, "Birgə və Sağlam" Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, "İZ Community", "Kashalata" və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb - ÇIXIŞ + FOTOLAR (YENLƏNİB)/
Bugün, 13:02 GÜNDƏM
-
Ərdoğanı təhqir edən erməni bloger təslim oldu
Bugün, 12:54 PRESS
-
Ərdoğan Bakıya məktub göndərdi: "Azərbaycan bu gün də türk dövlətlərinin…”
Bugün, 12:42 SİYASƏT
-
Xəstəxana: "Nəriman Həsənzadənin vəziyyəti ağırdır"
Bugün, 12:37 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı - Açıqlama + VİDEO
Bugün, 12:24 CƏMİYYƏT
-
Nazir: "Azərbaycan dövləti Birinci Türkoloji Qurultayın irsinə həmişə ehtiramla yanaşıb".
Bugün, 12:13 MƏDƏNİYYƏT
-
Bir ay əvvəl "Azal"dan bilet alır, lakin... - Hava limanında aldığı cavabdan şoka düşən sərnişin kompensasiya gözləyir, bəs şirkət nə deyir?
Bugün, 12:01 CƏMİYYƏT
-
Türkiyənin bu şəhərini əqrəblər şəhəri bürüyüb – Əhali “Onlar hər küncdən çıxır” deyir
Bugün, 11:47 DÜNYA
-
“Sosial şəbəkələrdəki dərəbəylik cinayətkar uşaqların sayını artırır”
Bugün, 11:46 PRESS
-
Baş prokuror Xətaidə vətəndaşları qəbul edəcək
Bugün, 11:39 CƏMİYYƏT
-
İngilislər Osimheni almaqdan imtina etdi
Bugün, 11:39 İDMAN
-
Mərkəzi Bank qaydaları dəyişdi: kimlər məsafədən kredit ala biləcəklər? - DEPUTATDAN ŞƏRH
Bugün, 11:15 GÜNDƏM
-
CHP-də qurultayla bağlı gərinlik böyüyür - Kılıçdaroğlu məhkəməyə verilir
Bugün, 10:59 SİYASƏT
-
Elm və Təhsil Nazirliyinin binasının qarşısında 37 yaşlı kişini bıçaqlayıblar
Bugün, 10:51 KRİMİNAL
-
Xankəndində növbəti əmək yarmarkası keçiriləcək
Bugün, 10:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 10:38 GÜNDƏM
-
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında - FOTOLAR
Bugün, 10:26 MƏDƏNİYYƏT
-
"Azərişıq"ın işçisini iş başında "tok" vurdu
Bugün, 10:15 CƏMİYYƏT
-
RƏSMİ BAKIDAN İSRAİLƏ ETİRAZ: "Bu qərar ciddi narahatlıq doğurur"
Bugün, 10:13 GÜNDƏM
-
Buğdanın dövlət tədarük qiyməti haqda qərar verildi - Bir kq-ı neçəyə alınacaq?
Bugün, 10:01 İQTİSADİYYAT
-
ABŞ və İran arasında daha bir razılaşma: “Hücumları dayandıraq”
Bugün, 09:36 GÜNDƏM
-
"Anama minnətdaram ki, məni və 3 bacımı böyütdü" - "Sənət həyatımda isə ustadım Mənsum İbrahimova borcluyam"
Bugün, 09:32 MƏDƏNİYYƏT
-
Çində güclü zəlzələ oldu - 13 nəfər yüngül xəsarət alıb
Bugün, 09:20 DÜNYA
-
Xalq şairi Süleyman Rüstəmin oğlu vəfat edib
Bugün, 09:17 CƏMİYYƏT
-
Netanyahu Ərdoğanda ABŞ-a şikayət edəcəyini dedi: “Bunu amerikalı dostlarımızın diqqətinə çatdıracağıq”
Bugün, 09:04 GÜNDƏM
-
Polşada isti hava "rekord qırır"
Bugün, 08:45 DÜNYA
-
Zelenski: "Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədirk"
Bugün, 08:34 DÜNYA
-
DÇ-2026: Kanada Cənubi Afrikanı 90+2-ci dəqiqədə "yıxdı"
Bugün, 08:25 İDMAN
-
“Barselona”dan ayrılan Levandovski Türkiyədə - FOTOLAR
Bugün, 01:07 İDMAN
-
Rəsmi Ankaradan İsrailin qondarma erməni soyqırımı layihəsinə - Reaksiya
Bugün, 00:28 GÜNDƏM
-
"İnter" Hakan Çalhanoğluya qapını göstərdi – “Müqavilə yenilənməyəcək”
Bugün, 00:15 İDMAN
-
Erməni bloger axtarışa verildi – Türkiyədən qaçıb
Bugün, 00:13 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT