Novxanıda acınacaqlı vəziyyət: yollar kanalizasiyaya sularına qərq olub - Dövlət qurumları niyə hərəkətə keçmir? + VİDEO, FOTOLAR
CƏMİYYƏT
Bugün, 17:38
Novxanı qəsəbəsinin bu hissəsində uzun illərdir həllini tapmayan ciddi problem yaşanır.
Kadrlarda gördüyünüz ərazi şəhərin mərkəzi hissəsindən Novxanı çimərliyinə gedən əsas yoldur. Məhz bu dairədən dənizkənarı istirahət mərkəzlərinə, eləcə də Pirşağı və Saray istiqamətlərinə yollar ayrılır.
Lakin cüzi yağıntı belə burada acınacaqlı vəziyyət yaradır. Bu gün səhər saatlarında yağan qısa müddətli yağışdan sonra ərazi yenidən kanalizasiya və yağış sularının altında qalıb.
Təəssüf ki, nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, nə də əraziyə məsul Binəqədi Rayon İcra Hakimiyyəti bu problemə indiyədək əsaslı həll yolu tapa bilib.
Əgər az miqdarda yağıntı belə bu mənzərəni yaradırsa, təsəvvür edin ki, payız və qış aylarında intensiv yağışlar zamanı vəziyyət nə qədər ağır olur.
Hər dəfə belə hallar baş verdikdə dəniz kənarında istirahət etməyə gələn insanlar kanalizasiya sularının yaratdığı üfunətli qoxu ilə üz-üzə qalırlar. Bu isə təkcə vətəndaşların rahatlığını pozmur, eyni zamanda mövsümi fəaliyyət göstərən istirahət mərkəzlərinin işinə də ciddi zərbə vurur.
Üstəlik, yay aylarında bu yoldan istifadə edən çoxsaylı xarici turistlərin də belə mənzərə ilə qarşılaşması ölkəmiz haqqında heç də müsbət təəssürat formalaşdırmır və Azərbaycanın turizm imicinə mənfi təsir göstərir.
Mütəxəssislərin bildirdiyinə görə, problemin iki əsas səbəbi var.
Birincisi, yağış sularının ayrıca kollektor sistemi ilə deyil, yaşayış evlərinin kanalizasiya şəbəkəsinə yönləndirilməsidir. İkincisi isə məhz bu dairənin yerləşdiyi hissədə kanalizasiya borularının diametrlərinin bir-birinə uyğun olmamasıdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilk növbədə kanalizasiya xətlərinə yağış sularının axıdılmasının qarşısını almalı, yağış sularının ayrıca kollektor sistemi vasitəsilə kənarlaşdırılmasını təmin etməlidir. Bu problem yalnız müvəqqəti tədbirlərlə deyil, əsaslı mühəndis həlli ilə aradan qaldırıla bilər.
Qarşıdan daha intensiv yağıntıların gözlənildiyi payız və qış mövsümü gəlir. Aidiyyəti dövlət qurumları bu problemə təxirəsalınmadan ciddi müdaxilə etməlidirlər. Əks halda, hər yağışdan sonra eyni mənzərə təkrarlanacaq və bunun fəsadlarını həm sakinlər, həm də Novxanı istiqamətində hərəkət edən minlərlə insan çəkməyə davam edəcək.
Samir
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
Bugün, 18:57 GÜNDƏM
-
Bakıda Muay-Tay üzrə XVI Azərbaycan çempionatı keçirilib - VİDEO, FOTO
Bugün, 18:37 İDMAN
-
Novxanıda acınacaqlı vəziyyət: yollar kanalizasiyaya sularına qərq olub - Dövlət qurumları niyə hərəkətə keçmir? + VİDEO, FOTOLAR
Bugün, 17:38 CƏMİYYƏT
-
"Qafqaz Qartalı - 2026": üç ölkə hərbçiləri birgə təlimdə olub
Bugün, 16:26 GÜNDƏM
-
Əfqanıstanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoyub
Bugün, 16:15 DÜNYA
-
Ukraynanın MiQ-29 qırıcısı vurulub
Bugün, 15:32 DÜNYA
-
Bakı–Naxçıvan aviareysləri ləğv edilib
Bugün, 14:27 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:25 CƏMİYYƏT
-
Kadir İnanırın ölümü Türkan Şoraya çox pis təsir edib
Bugün, 12:15 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva və Arzu Əliyeva Bulvarda gül əkilməsi aksiyasında - FOTOLAR
Bugün, 11:18 GÜNDƏM
-
Azərbaycan nefti 3 dollar ucuzlaşıb
Bugün, 10:23 İQTİSADİYYAT
-
Ukrayna ordusu Rusiyanın nəhəng raket zavoduna hücum edib
Bugün, 09:46 GÜNDƏM
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - Hava ilə bağlı
Bugün, 09:25 CƏMİYYƏT
-
DÇ-2026: Belçika və Misir növbəti mərhələdə!
Bugün, 09:08 GÜNDƏM
-
DÇ-2026: Turnirin sürpriz yığması tarix yazdı - İspaniya da növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 09:01 GÜNDƏM
-
ABŞ ordusu İrana zərbə endirdi, Tehran cavab verdi - Bölgədə gərginlik yenidən böyüyür
Bugün, 08:52 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:07 GÜNDƏM
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - VİDEO
Bugün, 00:00 GÜNDƏM
-
“Çağırır torpağım, çağırır anam...”
26.06.2026, 23:51 MƏDƏNİYYƏT
-
Mədəniyyət kanalının rəhbəri dəyişib? - AÇIQLAMA (YENİLƏNİB)
26.06.2026, 22:32 PRESS
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - FOTOLAR
26.06.2026, 18:15 CƏMİYYƏT
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
26.06.2026, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
26.06.2026, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
26.06.2026, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
26.06.2026, 15:13 İDMAN
-
"Neftçi" klubu baş məşqçi ilə müqaviləni yeniləyib
26.06.2026, 13:21 İDMAN
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
26.06.2026, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
26.06.2026, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
26.06.2026, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
26.06.2026, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
26.06.2026, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
26.06.2026, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
26.06.2026, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26.06.2026, 00:05 MƏDƏNİYYƏT