Ukraynanın MiQ-29 qırıcısı vurulub

Ukraynanın MiQ-29 qırıcısı vurulub

DÜNYA

Bugün, 15:32

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib.

Bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Məlumata görə, iyunun 27-nə keçən gecə pilotu Ukraynanın Poltava vilayəti səmasında döyüş tapşırığını yerinə yetirən MiQ-29 qırıcısı ilə əlaqə kəsilib.

"Təyyarənin itirildiyini təsdiqləyirik, lakin ukraynalı pilot uğurla katapult edib, axtarış-xilasetmə komandası ilə əlaqə saxlayıb və müayinə olunmaq, eləcə də lazımi yardımın göstərilməsi üçün operativ şəkildə tibb müəssisəsinə çatdırılıb", – qurumdan əlavə ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR