Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib - Onlar kimlərdir? + FOTOLAR

Beş nəfərə \"general-mayor\" ali hərbi rütbəsi verilib - Onlar kimlərdir? + FOTOLAR

GÜNDƏM

Bugün, 16:20

Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:

polkovnik Rəsul Rasim oğlu Əliyevə

polkovnik Elçin Rəhim oğlu Abdullayevə

polkovnik Azər Əfrayıl oğlu Heybətliyə

polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə

polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

***

General-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədikləri və fotolarını təqdim edirik:

Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR