Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası: nələr müzakirə edilib?
SİYASƏT
25.06.2026, 08:05
İyunun 24-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə komitənin sədri Zahid Oruc məsələləri təqdim edib.
O, əvvəlcə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar məlumat verib. Bildirilib ki, qanunda təklif edilən dəyişikliklər Azərbaycanın rəqəmsal suverenliyinin, virtual sərhədlərinin hüquqi əsaslarını gücləndirməyə xidmət edir. Layihə kibertəhlükəsizliklə bağlı risklərin əvvəlcədən aşkarlanmasını, insident zamanı xidmətlərin davam etdirilməsini və sistemlərin operativ bərpasını nəzərdə tutur.
Nəzərə çatdırılıb ki, layihəyə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Sənəddə dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur. Həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi ilə bağlı müddəalar müəyyən edilir.
Sonra komitənin sədr müavini Arzuxan Əli-zadə, komitə üzvləri Bəhruz Məhərrəmov, Vüqar Rəhimzadə, Elman Nəsirov, Sevil Mikayılova, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məsələ barədə fikirlərini açıqlayıblar. Çıxışçılar qanun layihəsinin ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sisteminin təkmilləşdirilməsi, kibertəhdidlərə qarşı mübarizənin effektivliyinin artırılması, informasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, Milli Kibertəhlükəsizlik Agentliyi İdarə Heyətinin sədri Fərid Zeynalov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov da öz fikirlərini bölüşüblər. Bildirilib ki, 2023-2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Dövlət Strategiyası qəbul olunub, bununla bağlı müxtəlif islahatlar həyata keçirilir. Bundan əlavə, 2026-2028-ci illəri əhatə edən rəqəmsal inkişafla bağlı Fəaliyyət Planında da kibertəhlükəsizliklə bağlı məsələlər öz əksini tapıb. Həmin Fəaliyyət Planının icrası ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Təqdim edilən layihədə mühafizə tədbirlərinin görülməsi və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması üçün rəqəmsal tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin ehtiva olunduğu qeyd edilib. Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı məsələlərinin vacibliyindən söhbət açılıb.
Sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Sənəddə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3-cü maddəsindəki dəyişikliyə əsasən, Qanunun 13-2.3.5−13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Gündəliyin növbəti məsələsi - "Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar bildirilib ki, sənəddə vahid qurumun - Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Şura ilə bağlı vəzifə və öhdəliklər "Media haqqında" Qanunda öz əksini tapıb.
İclasda, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) nəzərdən keçirilib. Qanun layihəsində uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsi, təhlükəsiz informasiya mühitinin formalaşdırılması, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı məsələlər ehtiva olunur.
Komitədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə də (üçüncü oxunuş) baxılıb. Layihədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini ilə bağlı məsələlər müəyyənləşdirilir.
İclasın gündəliyində olan qanun layihələrinin hər biri Milli Məclisin iclasına tövsiyə olunub.
Tədbirdə komitənin üzvü Mircəlil Qasımlı, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
Bugün, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
Bugün, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb
Bugün, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
Bugün, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
Bugün, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
Bugün, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
Bugün, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Bugün, 00:01 GÜNDƏM
-
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO
25.06.2026, 23:01 GÜNDƏM
-
Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
25.06.2026, 22:43 İQTİSADİYYAT
-
TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)
25.06.2026, 22:05 PRESS
-
Hörmüz boğazında yük gəmisi vurulub
25.06.2026, 21:54 DÜNYA
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı oldu
25.06.2026, 20:37 GÜNDƏM
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTOLAR
25.06.2026, 20:08 SİYASƏT
-
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və..." - Hikmət Hacıyev
25.06.2026, 19:05 SİYASƏT
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
25.06.2026, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
25.06.2026, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
25.06.2026, 17:50 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
25.06.2026, 17:49 GÜNDƏM
-
İstanbulun “göbəyi”ndə rus blogerə sataşdılar - "Gəl, bu gecə qonağım ol"
25.06.2026, 17:38 PRESS
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
25.06.2026, 17:34 CƏMİYYƏT
-
Ədliyyə naziri deputata qalib gəldi – Təzminat ödəniləcək
25.06.2026, 17:27 DÜNYA
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
25.06.2026, 17:16 GÜNDƏM
-
Elnur Məmmədov Avropa İttifaqının rəsmisi ilə görüşüb - AÇIQLAMA
25.06.2026, 17:09 SİYASƏT
-
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTOLAR
25.06.2026, 17:04 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
25.06.2026, 17:00 İQTİSADİYYAT
-
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
25.06.2026, 16:54 GÜNDƏM
-
Makronun müşaviri Bakıda - Hikmət Hacıyevlə görüş oldu
25.06.2026, 16:49 SİYASƏT
-
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
25.06.2026, 16:38 GÜNDƏM
-
Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib - Onlar kimlərdir? + FOTOLAR
25.06.2026, 16:20 GÜNDƏM
-
Prezident hərbi qulluqçuları təltif etdi - SİYAHI
25.06.2026, 16:10 GÜNDƏM
-
BU QURUMLARIN TƏŞKİLATI-HÜQUQİ FORMALARI DƏYİŞİR - Fərman + SİYAHI
25.06.2026, 15:49 GÜNDƏM
-
Prezident fərman imzaladı - "İntellektual gömrük" informasiya sistemi yaradılır
25.06.2026, 15:46 İQTİSADİYYAT