Özgür Özəl çağırış etdi, CHP qurultay tarixini verdi - "Komissiya yaradılıb"

Özgür Özəl çağırış etdi, CHP qurultay tarixini verdi  - \"Komissiya yaradılıb\"

SİYASƏT

Bugün, 17:47

Cümhuriyyət Xalq Partiyasının 38-ci Qurultayın ləğvindən sonra erkən qurultay tələbi uzansa da, nəhayət, tarix verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiya sədrliyindən məhkəmə qərarı ilə sədrlikdən uzaqlaşdırılan Özgür Özəl bu gün parlamentdəki deputat fraksiyasının qrup iclasında qurultay çağırışı edib: "Bu ölkəyə seçki qutusunu və demokratiyanı gətirən bir partiya dərhal bu rüsvayçılıqdan qurtulmalıdır. Mən bu tarixi çağırışı partiyamız adından Kamal bəyə edirəm…"

Özgür Özəlin bu çağırşına Kamal Kılıçdaroğlu düşərgəsindən cavab gəlib.

CHP sözçüsü Müslim Sarı fövqəladə qurultay tələbiylə 820 nümayəndənin imzalarını nəzərdən keçirdiklərini bildirib.

Əlavə edib ki, qurultay prosesi qarşı tərəfin tələb etdiyi kimi, bu günlərdə deyil, sentyabrın ilk həftəsində başlayacaq: “Artıq bu məqsədlə xüsusi komissiya yaradılıb”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR