Prezidentin köməkçisi Saatlıda müşavirədə: "Bu islahatlar Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə aparılıb"
GÜNDƏM
23.06.2026, 11:41
Son 10 ildə Azərbaycanda aqrar sahədə inqilabi islahatlar həyata keçirilib.
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, bu islahatlar Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə aparılıb: "Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Aqrar sahəyə dövlət dəstəyi artırılmış, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşmış, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub".
Bundan başqa, N.Əmirov deyib ki, Azərbaycanda həyata keçirilən suvarma layihələri və yeni texnikalar aqrar sektoru gücləndirib: "Əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə son illərdə bir sıra iri layihələr həyata keçirilib, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilib, suvarma kanalları yenidən qurulub. Bu istiqamətdə həyata keçirilən tədbirlər hazırda da davam etdirilir".
Bundan başqa, onun sözlərinə görə, kənd təsərrüfatının texnika ilə təminatı sahəsində mühüm işlər görülüb, texnika parkı demək olar ki, tamamilə yenilənib: "Ölkədə həyata keçirilən islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələri cəlb edilməsini zəruri edib. Prezidentin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə götürülmüş və ya uzunmüddətli icarəyə verilərək əkin dövriyyəsindən çıxarılmış, uzun müddət istifadə olunmayan 169,1 min hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qaytarılıb. Prezidentin tapşırıqlarına uyğun olaraq 32 rayonda 52 aqropark yaradılıb. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha da təşviq edib, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsinə, bəzi məhsullar üzrə idxaldan asılılığın azaldılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib"(report)
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
Bugün, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
Bugün, 19:00 DÜNYA
-
Zelenskinin Aİ-dən 70 milyard avro istəyir
Bugün, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
Bugün, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
Bugün, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
Bugün, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
Bugün, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
Bugün, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
Bugün, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
Bugün, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
Bugün, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
Bugün, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
Bugün, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
Bugün, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
Bugün, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
Bugün, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
Bugün, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
Bugün, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
Bugün, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
Bugün, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Bugün, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
Bugün, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bugün, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
Bugün, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
Bugün, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
Bugün, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
Bugün, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
Bugün, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 12:43 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:43 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Bugün, 12:37 GÜNDƏM
-
“Peton Holding”in sahibini şantaj edənlərin məhkəməsi davam edir
Bugün, 12:18 KRİMİNAL
-
Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 12:09 PRESS