Fuad Məmmədov vəzifəsindən ayrılıb

Fuad Məmmədov vəzifəsindən ayrılıb

CƏMİYYƏT

Bugün, 09:22

“Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb.

Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
Fuad Məmmədov bildirib ki, qərarı öz istəyi ilə qəbul edib. Onun sözlərinə görə, klinikada aparılan yeni struktur dəyişikliyi ilə razılaşmadığı üçün direktor vəzifəsindən ayrılıb.
“Missiyamı başa vurmuş hesab edirəm”, – deyə o qeyd edib.
Qeyd edək ki, son struktur dəyişikliklərindən sonra “Badam Medical Center” və “Caspian Hospital”ın idarəçiliyi birləşdirilib və vahid baş direktor vəzifəsi yaradılıb. Bu posta indiyədək “Caspian Hospital”a rəhbərlik edən Cəbrayıl Abbasov təyin olunub.
Hər iki tibb müəssisəsi eyni sahibkar qrupuna məxsusdur. Məhz bu dəyişiklikdən sonra Fuad Məmmədovun vəzifəsindən ayrılması baş verib/bakipost.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR