"Anar Bayramov zəng etdi, düz bir saat mənimlə danışdı, dedi ki..." -  Şikayətçi nə istəyir?

\"Anar Bayramov zəng etdi, düz bir saat mənimlə danışdı, dedi ki...\" -  Şikayətçi nə istəyir?

CƏMİYYƏT

Bugün, 10:59

Ağstafa rayon, Poylu kənd sakini Valeh Qayıbov (Əlaqə nömrəsi: 055 340 31 79) Mia.az Xəbər Portalına məktub ünvanlayıb.

O, məktubunda hazırda TƏBİB-in icraçı direktoru olan Anar Bayramovdan şikayətlənib.

Mia.az-a şikayətində Ağstafa sakini yazır ki, o, Anar Bayramov  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri, nazirliyin tabeliyində Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri işləyərkən Əlillərin bərpa mərkəzində mülaicədə olarkən oranın işçilərinin təqsiri üzündən ciddi xəsarət alıb:

"Bərpa mərkəzinin idman zalında müalicə proseduru zamanı  idman etdirərkən işçilərin səhlənkarlığı ucbatından ayağımı iki yerdən qırdılar. Mən gecə ilə ayağım qırıq ola-ola Ağstafa rayonuna göndərildim.  On beş gün evdə yatdım, mənimlə maraqlanan olmadı. Sosial şəbəkələrin birində canlı yayıma çıxdım. Anar muəllim  o zaman şəxsən özü mənə zəng etdi, iki nəfər agentliyin əməkdaşlarını -  Nabat xanım və Günel xanımı evimizə göndərdi. Anar Bayramovun özü şəxsən məndən xahiş etdi  ki, heç yerə şikayət etməyim və məni Bakı şəhərində özü müalicə etdirəcək. O, daha sonra mənim evimə "protez zavodu"nun "Qazel" markalı içi avadanlıqla dolu maşınını göndərd. Anar Bayramov bunu cavahdeh insan kimi etdi. Yadınızdan niyə çıxır Anar müəllim? Mən həmin ağstafalı Valehə Qayıbovam.

 Anar bayramov,  ayağım qırılandan 15 gün sonra 4 dəfə mobil telefonla sizinlə danışmışıq. Ancaq ayağım 3 ildir bitişmir, mən yataq xəstəsi oldum.  Bu səbəbdən sidik kisəmi əməliyyat edib qarnımı deşib şıltaq yerləşdiriblər. İndi qarnımdaki qılaqla sidiyə gedirəm, böyrəyimdə 23ml kista əmələ gəlib. Sidik kisəmdə 3 ildir bakterya əmələ gəlib . Evimdə mədəmdən qan açıldı Qazax rayon xəstəxanasına çatdırdılar zond uddum mədəmin başında yara 12 barmaq bağırsağımda xoralar əmələ gəlib. Nə etməliyəm indi mən?"

Sonda şikayətçi TƏBİB rəhbəri vəzifəsində olan Anar bayramovdan keçmişdəki səhvlərnə görə müalicəsini şəxsi nəzarətinə götürmələrini istəyib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR