CHP dağılma ərəfəsində: gizli qrup yaradılıb - 106 deputat istefaya hazırlaşır

CHP dağılma ərəfəsində: gizli qrup yaradılıb - 106 deputat istefaya hazırlaşır

SİYASƏT

Bugün, 00:41

Məhkəmə qərarıyla sədrliyə dönən Kamal Kılıçdaroğluna görə Türkiyənin ən böyük müxalifət partiyası olan CHP dağılma riskiylə üz-üzə qalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq sədr postundan "vurulan" Özgür Özəlin partiya daxilindəki tərəfdarlarına qarşı başlanan təzyiq, üstəlik, Kamal Kılıçdaroğlunun təcili qurultay tələbini “qulaqardı”na vurması partiyanın ağır çəkili funksionerlərini, o cümlədən deputatlarını istefaya hazırlayır.

Məlumata görə, CHP daxilində böhran dərinləşdikcə Özgür Özəl və tərəfdarları siyasi gündəmi sarsıdacaq sensasion addım atacaqlar: “Özgür Özel və komandasına yaxın 106 millət vəkilinin "Yürüş" adlı gizli “WhatsApp qrupu” yaradıblar. Onlar 14 iyula qədər quurltay olmayacağı təqdirdə, bir yerdə istefa verərək yeni yaradılan partiyaya qoşulacaqlarını bəyan ediblər”.

Məlumatda deyilir ki, Kamal Kılıçdaroğlunun partiyada qurultay çağırışlarına qapıları bağlaması istefaları qaçılmaz edəcək.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR