Naxçıvanda Qərbi Azərbaycana qayıdış üzrə üçüncü festival-konrqes keçirilib - FOTOLAR
SİYASƏT
20.06.2026, 23:17
Qərbi Azərbaycana qayıdış üzrə üçüncü festival-konrqes Naxçıvan Dövlət Universitetinin bu mərhələdə Ordubaddan başlatdığı tarixi yaddaş və qayıdış missiyasının olduqca real təsdiqi oldu.
Festival, elmi, pedaqoji, sosial, mədəni, hüquqi, iqtisadi, tarixi və digər istiqamətlərin dolğun ifadə forması müstəvisində də, olduqca mühüm nəticə oldu. Bu festival bütün tərəflərinə görə tarixlə reallığın görüşü, reallıqla hədəflərin sintezi olaraq da, çox əhəmiyyətli idi.
Allaha şükürlər olsun ki, həsrətində olduğumuz torpaqlarımıza, ərazilərimizə qovuşduğumuz indiki mərhələdə, Qərbi Azərbaycana qayıdış ümumxalq arzumuz, səyimiz və hədəfimiz olaraq həddindən çox əhəmiyyətlidir. İşğaldan azad olunan ərazilərimizin hər birimizə gətirmiş olduğu milli qürur, Qərbi Azərbaycana qayıdış arzularımızın çiçəklənməsinə zəmin açmışdır.
Məhz bu arzularımız bizi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvandan Qarabağa və Şərqi Zəngəzura, oradan isə Qərbi Azərbaycana qətiyyətli addımlarla aparmaqdadır.
Bu mənada, qalib ölkənin inkişaf edən ali mətəbi olaraq, Naxçıvan Dövlət Universitetinin 2023-cü ildə Naxçıvan şəhərində, 2024-cü ildə Batabat yaylasında uğurla reallaşdırmış olduğu birinci və ikinci festival-konqres ərazilərimizin yaxınlaşması, torpaqlarımızın azad olunması, qayıdış missiyamızın gerçək olması baxımından olduqca əhəmiyyətli idi. Təbii olaraq, bu möhtəşəm tədbirlərin müəllifi, təşkilatçısı və təminatçısı məhz Naxçıvan Dövlət Universiteti oldu. Festival-konqresin elmi əsaslarının yaradılması, pedaqoji əhəmiyyətinin ortaya qoyulması, tarixiliklə müasirlik sintezinin düzgün müəyyən olunması, böyük ictimaiyyətin maraqlarının ifadə olunması, dövlətin bu sahədəki siyasətinə töhvə olunması və digər bu kimi olduqca mühüm məsələlər, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə daha mütərəqqi oldu və 18-19 iyun tarixlərində bu, daha genişliyi ilə görünmüş oldu. Azərbaycanın dilbər güşələrindən biri olan, həmçinin tarixiliyin və qədimliyin gerçək ifadəsi olaraq çıxış edən Ordubad, Qərbi Azərbaycana qayıdış üzrə festival-konqresin mərkəzinə çevrildi.
Obrazlı şəkildə qeyd etmiş olsaq, bəhs olunan tarixlərdə Naxçıvan Dövlət Universiteti sanki, bir xoşbəxtlik çırağı yandırmışdı. Milli Lidermizin ideyalarına sadiq olaraq, ərazi bütövlüyümüzün təmin olunmasına, suverenliyimizə, tarixi Qayıdış missisyasının davamlılığına, daha qüdrətli dövlət quruculuğuna gedən yolun abadlığına, müzəffər Ali Baş Komandanımızın Zəfər Müjdələrinə xalq, millət, cəmiyyət olaraq qürurlanmağın gətirmiş olduğu xoşbəxtlik idi. Millət vəkillərimizin, alimlərimizin, müxtəlif ixtisaslar üzrə elm adamlarımızın, tədqiqatçılarımızın, sənət adamlarımızın, mədəniyyət xadimlərimizin, sadə vətəndaşlarımızın, zəhmətkeşlərimizin sevinclə, iftixarla və bir o qədər də ümidlə qatıldığı festival-konqres Naxçıvan Dövlət Universitetinin timsalında reallaşırdı.
Tədbirin gedişində istər muxtar respublikanın, istərsə də, onun bağlı olduğu ölkəmizin təcrübəli aparıcılarının, xüsusilə də, Günay Məmmədovanın, Fəxriyyə Lilparın fəaliyyətlərini böyük diqqətlə izləyən iştirakçılar, hər dəfəsində gurultulu alqışlarla öz rəğbətlərini bildirirdilər.
Fəxriyyə xanım, həm də “Xəzərin sahilində” verilişinin aparıcısı olaraq, böyük izləyici kütləsinin sevgisini qazanmışdır. Hələ universitetimiz tərəfindən ev sahibliyi olunan digər tədbirlərdə də, yaxından iştirak edən Fəxriyyə xanım, Xəzərin sahilindən arazın sahilinə qədər böyük missiyanı uğurla yerinə yetirmiş, universitetimizin uğurlarına bizim qədər sevinmişdir. Bu festival-konqresdə də, Fəxriyyə xanım doğmalıqla aparıcılıq etməklə, ürəyindəki sevgi ilə gözlərindəki işığın vəhdətindən yaranan xoşbəxtliyi iştirakçılarla paylaşdı.
Festival-konqres bütünlükdə yüksək səviyyədə təşkil olunmuşdur. İstər tədbirin keçirildiyi çinar bağında, istər, Sərşəhərə qədər uzanan, istərsə də, Cümə Məscidinin əhatəsində təşkil olunan və muxtar respublikanın 20-yə yaxın təşkilat tərəfindən təşkil olunan sərgilərdə Qərbi Azərbaycana aid olan unikal sənəd nümunələri, kitablar, məişət əşyalarının kulinariya nümunələrinin təqdimatı üçün əlverişli şərait yaradılmışdır.
Həmin sərgilərin əsas mahiyyətini, eyni zamanda, ölkəmizin iqtisadi, sosial, hərbi, mədəni, hüquqi və digər sahələrinə xas olan əsərlərin, təşkilatçılıq nümunələrinin olması ilə də izah etmək olar. Böyük peşəkarlılqa hazırlanan əl işləri, sənət əsərləri iştirakçıların diqqətini çəkirdi.
Muxtar respublikanın şəhər və rayonlarının icra hakimiyyətləri tərəfindən təqdim olunan sərgilərdə xüsusilə də, müvafiq şəhər və rayonlara xas olan, onların yerli əhalisinin istehsalı olan, fəaliyyətlərinin nəticələrinin ifadəsi olan məhsullar daha faydalı təsir bağışlayırdı. Həmin sərgilərdən aydın olurdu ki, ölkəmiz tarixi ərazi bütövlüyünü, etibarlı elm və tədris resursları, güclü hərbi potensialı, dayanıqlı iqtisadi göstəriciləri və digər üstünülükləri ilə təmin etməyi bacarırdı.
Qərbi Azərbaycana qayıdış festival-konqres, ölkəmizin 70-ə yaxın müəssisəsindən 382 məruzə təqdim olunması ilə daha da möhtəşəmlik qazandı. Bir daha göründü ki, Naxçıvan Dövlət Universiteti, elmi müzakirələrin, araşdırmaların, səmərəli nəticələrin və bu sahələr üzrə münasibətlərin mərkəzinə çevrilə bilir, ona ev sahibliyi edir və bu sahədəki, proseslərin hərəkətverici qüvvəsi olur. Həmçinin, aydın oldu ki, universitetimiz, artıq elm və təhsil sahələrinin həm bir yerdə, həm də ayrı-ayrılıqda inkişafına, perspektivliliyinə və uzunmüddətli prioritetlərinin əlçatanlığına təminat yarada bilir və bu sahədə, resurslardan daha səmərəli istifadənin yollarının müəyyən olunmasına təkan olur. Bunu, 200-ə yaxın xüsusi dəvət olunan qonaqlar da bir daha sübut edirdi. Eyni zamanda, 5000-dən artıq iştirakçının Ordubaddakı festivalda iştirak etmiş olması, tarixi keçmişimizə, müasir reallıqlarımıza və tədbir fonunda bu ideyaların müəllifi olaraq Naxçıvan Dövlət Universitetinin çağırışlarına böyük sevginin ifadəsi olmuşdur.
Tədbirin əsas təşkilatçıları Naxçıvan Dövlət Universiteti ilə yanaşı, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında Prezidentin Səlahiyyətli Nümayəndəliyinin, Qərbi Azərbaycan İcmasının, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin olması, bu sahədə, daha məqsədyönlü, sistemli və perspektivli tədbirlərin həyata keçirilmiş olduğunu qeyd etməyə əsaslar verir.
Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycana qayıdışla bağlı olan üçüncü tarixi festival-konqresin yüksək səviyyədə keçirilməsi ilə növbəti çoxistiqamətli uğura imza atmış oldu. Bu uğur, ali məktəbin rektoru, Elbrus İsayevin uzun illərə söykənən elmi, pedaqoji və idarəetmə təcrübəsinin də olduqca mühüm ifadəsi və nəticəsi olaraq əhəmiyyətlidir. Kollektivin bu kimi tədbirlərdə birliyini yarada bilən, daha doğrusu, onlarla əl-ələ verən, çoxixtisaslı ixtisaslar üzrə alim, pedaqoq və araşdırmaçı heyətinin ortaq fəaliyyətini təmin etməyi bacarmaqla, bu sahədə, tələbələrin, magistrlərin fəal iş, ideya, təşəbbüs birliyini də ortaya qoymağı bacarırdı. İstər festivala hazırlıq günlərində, istərsə də, festivalın keçirldiyi saatlarda təhkim olunan işçilərin, mütəxəssislərin və könüllülərin əlaqəli, sistemli və səmərəli fəaliyyəti uğurlu qapıların açarı oldu. Onlardan prorektor Nicat Yaqubovun, rektor müşaviri Ülvi Baxışlının, tədbirlərin təşkili üzrə Fətəli Axundzadənin, Nilüfər Əliyevanın, Tuncay Abbasovun, əməkdar artist Tofiq Seyidovun, Ramil Bağırovun və universitet medyasının rolunu yüksək dəyərləndirmək olar.
Bir sözlə, Qərbi Azərbaycana Qayıdış III Festival-Konqresi yalnız mədəni və ictimai tədbir olmaqla kifayətlənmir, həm də mühüm elmi-pedaqoji əhəmiyyət daşıyan strateji platforma kimi çıxış edir. Festival-konqres Qərbi Azərbaycanın tarixi, mədəni irsi, etnoqrafiyası, toponimləri və azərbaycanlıların həmin ərazilərdəki çoxəsrlik yaşayış tarixinin araşdırılması istiqamətində alimlərin, tədqiqatçıların, müəllimlərin və gənclərin bir araya gəlməsinə imkan yaradır. Tədbir çərçivəsində təqdim olunan elmi məruzələr, müzakirələr və tədqiqatlar tarixi həqiqətlərin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına xidmət edir.
Festival-konqresin pedaqoji əhəmiyyəti isə milli yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların tarixi irsimizə bağlılığının gücləndirilməsi ilə bağlıdır. Tədbir iştirakçıları Qərbi Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə edir, xalqımızın üzləşdiyi deportasiya və məcburi köçkünlük proseslərinin mahiyyətini öyrənirlər. Bu isə gənclərdə milli kimlik şüurunun möhkəmlənməsinə, tarixi ədalətin bərpası uğrunda aparılan fəaliyyətlərə daha fəal qoşulmalarına stimul verir.
Festival-konqresin əhəmiyyətini artıran əsas məqamlardan biri də onun Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi və tarixi torpaqlarımıza qayıdış ideyasının elmi əsaslarla təbliği baxımından mühüm rol oynamasıdır. Qərbi Azərbaycan məsələsinin beynəlxalq hüquq normaları, insan hüquqları və tarixi həqiqətlər kontekstində araşdırılması xalqımızın öz doğma yurdlarına sülh yolu ilə qayıtmaq hüququnun əsaslandırılmasına xidmət edir. Bu baxımdan, festival-konqres təkcə elmi fikir mübadiləsi deyil, həm də milli maraqların müdafiəsinə yönəlmiş intellektual platforma rolunu oynayır.
Tədbir xalqımızın tarixi torpaqlarına qayıdış missiyasına mühüm təkan verəcək təşəbbüslərdən biridir. Burada səsləndirilən fikirlər, təqdim olunan araşdırmalar və irəli sürülən layihələr Qərbi Azərbaycanla bağlı həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına, milli həmrəyliyin güclənməsinə və qayıdış ideyasının ictimai şüurda daha da möhkəmlənməsinə şərait yaradır. Festival-konqres Azərbaycan xalqının tarixi yaddaşını yaşatmaqla yanaşı, gələcək nəsillərin öz köklərinə bağlılığını artırır, onların doğma torpaqlara qayıdış amalına inamını gücləndirir.
Beləliklə, Qərbi Azərbaycana Qayıdış III Festival-Konqresi elmi, pedaqoji və ictimai-siyasi baxımdan böyük əhəmiyyətə malik olmaqla, tarixi həqiqətlərin qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına və xalqımızın öz tarixi yurdlarına qayıdış ideyasının daha da güclənməsinə mühüm töhfə verən əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Təbii olaraq, bu sahədə, Naxçıvan Dövlət Universitetinin təşəbbüslərinin, ideya və layihələrinin nə qədər yüksə səmərəli olduğunu qeyd etmək yerinə düşər.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
Bugün, 16:46 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
Bugün, 16:05 GÜNDƏM
-
Arsen Venger Bakıda - FOTO
Bugün, 14:05 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Bugün, 13:48 GÜNDƏM
-
Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)
Bugün, 13:42 SİYASƏT
-
"Aqrar sahə haqqında" qanun layihəsi qəbul olunub
Bugün, 13:35 İQTİSADİYYAT
-
PUTİNDƏN MÜSAHİBƏ: "Bu, bir növ siyasi şizofreniyadır, ümid edirəm ki..." - "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil"
Bugün, 13:08 SİYASƏT
-
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir
Bugün, 13:02 SİYASƏT
-
Magistratura və doktoranturanı bitirərən hərbçilər... - Yeni qanun
Bugün, 12:51 GÜNDƏM
-
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
Bugün, 12:48 İQTİSADİYYAT
-
"Trabzonspor"un qapıçısı qəzaya düşüb
Bugün, 12:47 İDMAN
-
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - FOTOLAR
Bugün, 12:41 GÜNDƏM
-
Bələdiyyə sədri 30 məclis üzvüylə birgə istefa verdi
Bugün, 12:41 DÜNYA
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb və...
Bugün, 12:26 GÜNDƏM
-
PREZİDENT FƏRHAD XƏİLOVU "İSTİQLAL"LA TƏLTİF ETDİ - Sərəncam
Bugün, 12:24 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:18 CƏMİYYƏT
-
Kılıçdaroğlu ilə Özgür Özəl arasında yeni dava: "5 milyonu geri gətir, yoxsa..."
Bugün, 12:15 SİYASƏT
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var
Bugün, 12:03 DÜNYA
-
Xocavənd və Ağdərəyə növbəti köç olub
Bugün, 12:01 GÜNDƏM
-
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR
Bugün, 11:52 SİYASƏT
-
Türkiyədə fond qalmaqalı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul "qaçırıb?"
Bugün, 11:47 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti qalxdı
Bugün, 11:25 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Hindistan XİN başçısını belə qarşıladı - FOTOLAR
Bugün, 11:15 SİYASƏT
-
Bələdiyyə sədri icra başçısının müavini təyin olunub
Bugün, 11:15 CƏMİYYƏT
-
Hindistanın xarici işlər naziri Bakıda - İlham Əliyev qəbul etdi + FOTO
Bugün, 11:02 GÜNDƏM
-
Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb
Bugün, 10:55 PRESS
-
ABŞ Ukraynada peyk interneti niyə söndürdü? - "Mən Maska zəng etməmişəm, vacib olan odur ki.."
Bugün, 10:44 GÜNDƏM
-
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsi barədə sualdan yayındı
Bugün, 10:37 GÜNDƏM
-
Tramp: "Bəlkə bir az da irəli gedə bilərik"
Bugün, 10:30 DÜNYA
-
"Azəriqaz", "Azərişıq"... - "Qohumbazlıq, tanışlıq yolu ilə işə qəbul edirlər, naşı adamlar idarəetməyə gətirilir, nəticə də budur"
Bugün, 10:28 CƏMİYYƏT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS QANDALLANDI
Bugün, 10:13 GÜNDƏM
-
Məhəmməd Salahı kim durduracaq?
Bugün, 10:01 İDMAN
-
İcra başçılarının üzərinə böyük yük düşəcək - Gələn ildən büdcədən pul ala bilməyəcəklər
Bugün, 09:11 İQTİSADİYYAT