Özgür Özəl Kılıçdaroğluna meydan oxudu: “Hər şeyi gözə aldım, kimsə…” - "Gəl 20 il müxalifətdə rahat otur, əylən" təklifinə "yox" dedim"

Özgür Özəl Kılıçdaroğluna meydan oxudu: “Hər şeyi gözə aldım, kimsə…”  - \"Gəl 20 il müxalifətdə rahat otur,  əylən\" təklifinə \"yox\" dedim\"

SİYASƏT

Bugün, 10:55

“Kamal Kılıçdaroğlunun Ərdoğanın lideri olduğu Cumhur İttifaqının ağzıyla "”Türkiyə Osmanlı coğrafiyasında olmalıdır, biz burada böyüməliyik” - sözü yuxumu qaçırdı. Bu, Cumhur İttifaqının ritorikasını xatırladır”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri məhkləmə qərarı ilə CHP sədri postundan uzaqlaşdırılan Özgür Özəl Birgün TV-yə müsahibəsində deyib.

O, ən stresli dövrlərdə belə sakitliyini qoruyub yata bildiyini, lakin Kamal Kılıçdaroğlunun bu ritorkasından çox narahat olduğunu bildirib.

Hazırda CHP-dən qovulma ehtimalının artmasına gəlincə, Özəl mövcud administrasiyanın onu partiyadan çıxara biləcəklərinə inanmadığını iddia edib: “Məni xaric etməyə cəsarət edə bilməzlər. Söhbət partiyanın seçilmiş sədrindən gedir. Əgər Özgür Özəli, yəni, məni CHP-dən xaric etsələr, o zaman partiyanın parlamentdəki qrup lideri vəzifəsi də ləğv olunacaq”

Parlamentə toxunulmazlığının ləğvi barədə göndərilən sənədlərə gəlincə, Özgür Özəl hər şeyi gözə aldığını qeyd edib: “Mən başqaları kimi, 20 il müxalifətdə rahat oturmaq təklifini rədd etdim. Həbs olunacağımı gözləmirəm. Amma bu cür vəzifələri öz üzərinə götürənlər hər şeyi bilərək bu yola çıxırlar. Mən hədəfəm, çünki "Gəl və 20 il müxalifətdə rahat otur, yaşa, əylən" təklifinə "yox" dedim, hakimiyyəti hədəflədim. Bu məqsədin sonunda hər şeyi nəzərə aldım...".

CHP-dəki xaos və yeni partiya yaradacaqları barədə suala isə o, belə cavab verib: “Mövcuz admistrasiya qurultay tələbini icra edib, böhranın aradan qaldırılmasa. Yəni, ən son səylərimiz də boşa çıxarsa, xalqdan “partiya yaratmalıyıqmı” deyə soruşacam və buna uyğun addım atacağıq…”

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR