Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur? - Vəkil qızının ölümü ilə bağlı elə iddia səsləndirdi ki... (Rəsmi açıqlama)
CƏMİYYƏT
18.06.2026, 16:39
Məlum olduğu kimi, iki gün əvvəl tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Bakı-Sumqayıt yolunda motosikletlə ağır qəzaya düşərək həlak olub.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün açıqlama verən vəkil övladını ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırdıqlarını, lakin orada müayinə üçün KT (Kompüter Tomoqrafiyası) cihazının olmadığını açıqlamışdı.
“Qızım xəstəxanaya çatdırıldı. Mən təəssüflə bildirirəm ki, onu transport etmək mümkün deyildi. Abşeron Rayon Mərkəzi Xəstəxanasında KT aləti yoxdur. Biz onu tərpədə bilmədiyimizə görə, başqa xəstəxanaya köçürə bilmədik. Neyrocərrahiyyə və ya Bakı Sağlamlıq Mərkəzinə köçürməyimiz alınmadı...”, - F.Mehdiyev bildirib.
Məlumat üçün bildirək ki, Kompüter Tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir. KT cihazları diaqnostik şöbəsi olan əksər özəl və dövlət tibb müəssisələrində mövcuddur.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının çoxprofilli tibb müəssisəsi olduğunu, təkcə Bakıdan deyil, regionlardan da kütləvi xəstə qəbul etdiyini nəzərə alsaq, bu xəstəxanada hazırda KT cihazının olmaması sual doğurur.
Maraqlıdır ki, bir neçə ay əvvəl sözügedən xəstəxanada KT xidməti göstərilib. Amma bir müddət qabaq KT aləti ilə bağlı texniki nasazlıq yaranıb. Görünən odur ki, bir çox pasiyent üçün həyati əhəmiyyət kəsb edən xidmətin bərpasına kifayət qədər önəm verilmir.
Problemlə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya belə cavab aldıq: “Məlumat üçün bildiririk ki, 2008-ci il təvəllüdlü şəxs (qadın) 16.06.2026-cı il tarixində saat 17:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.
Xəstəyə qəbul olunduğu andan etibarən vəziyyətinin ağırlığı nəzərə alınaraq təxirəsalınmaz tibbi yardımlar göstərilib. Qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, digər kəllədaxili travmalar, boyun nahiyəsinin dəqiqləşdirilməmiş travması, dəqiqləşdirilməmiş pnevmotoraks, ön qol sümüklərinin digər hissələrinin sınığı, bud sümüyünün digər hissələrinin sınığı, bud nahiyəsinin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri müayinə və müalicə tədbirləri həyata keçirilib.
Həkimlər tərəfindən aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyati funksiyalarını bərpa etmək mümkün olmayıb və 16.06.2026-cı il tarixində saat 20:20 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, xəstənin xəstəxanaya daxil olduğu andakı vəziyyəti son dərəcə ağır, həyati göstəriciləri qeyri-sabit olub. Bu səbəbdən xəstənin KT (kompüter tomoqrafiyası) müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb.
Əlavə olaraq bildiririk ki, radioloji tibbi xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz edilməsi deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində vahid radioloji tibbi xidmətlərin göstərilməsi üçün şəraitin yaradılmasıdır”.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
Bugün, 12:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - FOTOLAR
Bugün, 12:41 GÜNDƏM
-
Bələdiyyə sədri 30 məclis üzvüylə birgə istefa verdi
Bugün, 12:41 DÜNYA
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb və...
Bugün, 12:26 GÜNDƏM
-
PREZİDENT FƏRHAD XƏİLOVU "İSTİQLAL"LA TƏLTİF ETDİ - Sərəncam
Bugün, 12:24 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:18 CƏMİYYƏT
-
Kılıçdaroğlu ilə Özgür Özəl arasında yeni dava: "5 milyonu geri gətir, yoxsa..."
Bugün, 12:15 SİYASƏT
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var
Bugün, 12:03 DÜNYA
-
Xocavənd və Ağdərəyə növbəti köç olub
Bugün, 12:01 GÜNDƏM
-
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR
Bugün, 11:52 SİYASƏT
-
Türkiyədə fond qalmaqalı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul "qaçırıb?"
Bugün, 11:47 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti qalxdı
Bugün, 11:25 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Hindistan XİN başçısını belə qarşıladı - FOTOLAR
Bugün, 11:15 SİYASƏT
-
Bələdiyyə sədri icra başçısının müavini təyin olunub
Bugün, 11:15 CƏMİYYƏT
-
Hindistanın xarici işlər naziri Bakıda - İlham Əliyev qəbul etdi + FOTO
Bugün, 11:02 GÜNDƏM
-
Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb
Bugün, 10:55 PRESS
-
ABŞ Ukraynada peyk interneti niyə söndürdü? - "Mən Maska zəng etməmişəm, vacib olan odur ki.."
Bugün, 10:44 GÜNDƏM
-
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsi barədə sualdan yayındı
Bugün, 10:37 GÜNDƏM
-
Tramp: "Bəlkə bir az da irəli gedə bilərik"
Bugün, 10:30 DÜNYA
-
"Azəriqaz", "Azərişıq"... - "Qohumbazlıq, tanışlıq yolu ilə işə qəbul edirlər, naşı adamlar idarəetməyə gətirilir, nəticə də budur"
Bugün, 10:28 CƏMİYYƏT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS QANDALLANDI
Bugün, 10:13 GÜNDƏM
-
Məhəmməd Salahı kim durduracaq?
Bugün, 10:01 İDMAN
-
İcra başçılarının üzərinə böyük yük düşəcək - Gələn ildən büdcədən pul ala bilməyəcəklər
Bugün, 09:11 İQTİSADİYYAT
-
Avropa Liqası: "Beşiktaş", "Yuventus", "Seltik"...
Bugün, 09:08 İDMAN
-
"Trabzonspor" Tomas Reisin rəhbərliyi altında məğlubiyyətsizlik seriyasını davam etdirir
Bugün, 00:04 İDMAN
-
Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"
22.10.2026, 23:57 GÜNDƏM
-
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi genişlənir
22.10.2026, 22:23 İQTİSADİYYAT
-
Qobustan qəsəbəsində iki qardaş bıçaqlanıb
22.10.2026, 21:34 KRİMİNAL
-
Danimarka Rusiyaya qarşı silahlanır
22.10.2026, 21:34 DÜNYA
-
Çində zəlzələ oldu - 7 bal gücündə
22.10.2026, 21:20 DÜNYA
-
Tramp: "İran uduzmağımız üün hər şeyi edir"
22.10.2026, 20:26 DÜNYA
-
VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Dövlət əmlakını mənimsəmə ittihamı ilə
22.10.2026, 20:05 GÜNDƏM
-
Aktrisalığın "daşını atdı", indi təsərrüfatla məşğuldur - FOTO
22.10.2026, 19:46 ŞOU-BİZNES
-
Kanadanın Baş naziri Ankarada: "Türkiyə ilə strateji tərəfdaşlığımıza başlayırıq"
22.10.2026, 19:37 SİYASƏT